Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub

Cəbhə xəttində yeni təlim mərkəzi açıldı

20
(Yenilənib 22:03 23.02.2017)
Müdafiə naziri mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə müvafiq göstəriş və tapşırıqlar verib

BAKI, 23 fev — Sputnik. Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində yeni inşa edilmiş təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-ya verilən məlumata görə, təlim mərkəzi haqqında məruzə edilərək bildirilib ki, burada idarəetmə məntəqəsi, qərargah binası və şəxsi heyətin yerləşdirilməsi üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə yaxın inşa edilən, cəbhə xəttindəki vəziyyətə uyğun modelləşdirilmiş təlim nöqtələri atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi üçün nəzərdə tutulub. 

  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
  • Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub
    © Foto: mod.gov.az
1 / 7
© Foto: mod.gov.az
Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub

Bununla yanaşı, mürəkkəb dağ şəraitində döyüş aparmaq, kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, pusqular quraraq hərbi əməliyyatlar zamanı düşmənə qarşı effektiv tədbirlər görmək kimi döyüş tapşırıqlarını tədris və praktiki məşq etmək üçün təlim mərkəzində lazımi şərait yaradılıb.

Müdafiə naziri mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə mövcud olan müasir təlim üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiq edilməsi və şəraitə uyğunlaşdırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlar verib.

20
Həbsxana, arxiv şəkli

Həbsə alternativlər: kimlərin cəzası yumşaldılıb?

10
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir. Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir. Son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Ədliyyə Nazirliyi Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 6 ayı ərzində 19 188 nəfər olub".

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 4.980 azadlığın məhdudlaşdırılması, 6.217 cərimə, islah və ictimai işlər, 2.566 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən, 2.481 şərti məhkum edilən və 157 nəfər cəza çəkməsi təxirə salınan şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir.

"Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 705 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 435 nəfər probasiya nəzarətindədir. Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 5.045 şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb. Onlardan cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 113 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub", - deyə nazirlikdən verilən məlumatda bildirilib.

10
Əlaqədar
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
DTX dövlətə xəyanət edən ər-arvadı həbs edib
Beş minə yaxın məhkuma elektron nəzarət vasitələri tətbiq edilib

Azərbaycan XİN erməni əsilli livanlıların Qarabağa köçürülməsinə münasibət bildirdi

4
(Yenilənib 19:34 08.08.2020)
"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaq" - Leyla Abdullayeva

BAKI, 8 avqust — Sputnik. "Təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bəzi KİV-lərdə Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı məlumatları şərh edərkən deyib.

"Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.

İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır", - Leyla Abdullayeva bildirib.

4
Əlaqədar
XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur
Azərbaycan XİN-i Zöhrab Mnatsakanyanın cavabını verdi
XİN: Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampın müşavirləri təşvişdə: yeni müharibədən qorxurlar

0
(Yenilənib 20:42 08.08.2020)
“Əvvəllər biz ancaq Kim Çen Inı gözlənilməz qərarlar verən biri kimi təsəvvür edirdik, indi isə çözə bilmədiyimiz adam Trampdır”

BAKI, 8 avqust — Sputnik. Vaşinqtonun İran və KXDR ilə münaqişəsi fonunda müşavirləri Donald Trampa hərbi tövsiyələr verməkdən çəkinirlər. Onlar qorxurlar ki, ABŞ lideri ölkəni müharibəyə sürükləyə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, prezidentin məsləhətçiləri yuxarıda adı çəkilən ölkələrdəki həmkarlarına qəsdən Trampın növbəti addımları barədə məlumatları olmadıqlarını deyiblər.

“Əvvəllər biz ancaq Kim Çen Inı [KXDR lideri] gözlənilməz qərarlar verən biri kimi təsəvvür edirdik, indi isə çözə bilmədiyimiz adam Trampdır”, - 2018-ci ilədək ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi olan Cozef Yun deyib.

Ağ Evin yüksək rütbəli məmurunun sözlərinə görə, bilavasitə Şimali Koreya ilə əlaqədar “məhz prezident hər addımda eskalasiya əvəzinə diplomatiyanı dəstəkləyib”. O qeyd edib ki, Trampla Kimin görüşü tarixi addım idi.

2019-cu ildə Fars körfəzindəki insidentə görə prezident və komandası İrana qarşı hərbi variantları götür-qoy edərkən Pentaqonun yüksək rütbəli məmurları ABŞ-ın bölgədəki partnyrları və Tehrana açıq-aydın bildiriblər ki, Trampın hansı addım atacağından və ümumiyyətlə nəsə tədbir görməyə hazırlaşdığından bixəbərdirlər.

 

0
Əlaqədar
ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
Tramp Çin şirkətindən “dolya” istəyir