CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lapşinin vəkili: “Bəlkə sabah onu buraxdılar?”

© Photo : Stanislav GorbunovРоссийско-израильский блогер Александр Лапшин
Российско-израильский блогер Александр Лапшин - Sputnik Azərbaycan
Abunə olmaq
Bloqçu Lapşinin vəkili müvəkkili ilə bağlı vəziyyətdən danışıb

BAKI, 23 fev – Sputnik. “Bloqçu Aleksandr Lapşinin başqa ölkəyə verilməsi məsələsi yalnız iş üzrə məhkəmə qərarından sonra müzakirə oluna bilər. Əgər o günahkar sayılsa və barəsində Azərbaycanda hökm çıxarılsa, konvensiyaya müvafiq olaraq, başqa ölkənin vətəndaşı kimi digər ölkəyə verilməsini tələb edə bilər”. 

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Lapşinin vəkili Eduard Çernin bildirib. 

Суд - Sputnik Azərbaycan
Lapşini deputatlığa keçmiş namizəd müdafiə edəcək

"İndi istintaq getdiyi üçün bu barədə nəsə demək tezdir. Bəlkə sabah onu buraxdılar və artıq başqa ölkəyə verilməyə ehtiyac olmadı? Hələ mühakimə olunmasa da, artıq prezident İlham Əliyevin sabah onu əfv edəcəyi barədə söhbətlər dolaşır. Söhbət insan taleyindən gedir, başa düşün" – vəkil bildirib.

Çerninin sözlərinə görə, mətbuatda çox şey oxumaq olsa da, bütün bunlar reallıqdan uzaqdır. Hüquqşünas istintaqın uzun çəkməyəcəyinə ümid etdiyini bildirib. Hazırda ibtidai istintaq gedir.

O, Lapşinin vəkilliyini onun qohumlarının xahişi ilə öz üzərinə götürdüyünü qeyd edib.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqçu Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. 

Aleksandr Lapşin - Sputnik Azərbaycan
TƏHLİL
"Lapşin prosesi"nin ikinci mərhələsi başlayır

Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib və Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya edilib.  

Lapşin fevralın 8-də Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xəbər lenti
0