CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib

© Photo : mehriban-aliyeva.azПервая леди Азербайджана Мехрибан Алиева
Первая леди Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub

BAKI, 21 fev — Sputnik. Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadən məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 1031-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:

Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin. 

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mehriban Əliyevanın təqdim etdiyi amnistiya layihəsinin detalları açıqlandı

Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva - Sputnik Azərbaycan
Mehriban və Leyla Əliyevalar beynəlxalq konfransa qatılıblar

O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 

Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fondunun prezidentidir.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 

Mehriban Əliyeva 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib.

Milli Məclisin deputatıdır.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Xəbər lenti
0