CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomatlar ölkəmizin şimal-qərb bölgəsindədirlər

© Photo : PUBLIC DOMAINŞəki Xan Sarayı
Şəki Xan Sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Həm Şəki, həm də Qax rayonlarında qonaqların layiqincə qarşılanması və turizm imkanlarının təqdim olunması üçün zəruri hazırlıq işləri görülüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

Bu gün ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil edilib. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinə Şəki rayon İcra hakimiyyətindən verilən məlumata görə, diplomatların səfəri Azərbaycan Respublikasının Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.  

Səfər zamanı diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.

Qeyd edək ki, həm Şəki, həm də Qax rayonlarında qonaqların layiqincə qarşılanması və turizm imkanlarının təqdim olunması üçün zəruri hazırlıq işləri görülüb. Rayonlarda yollar qardan təmizlənib, küçələr yuyulub.

Xəbər lenti
0