BAKI, 20 fev — Sputnik. Bu gün fevralın 20-də Mərkəzi Bankda vəsaitlərin cəlbedilməsi üzrə növbəti depozit hərracı keçirilib. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, hərracda depozit tələbi 47,7 mln. manat olub. Bu isə Mərkəzi Bankın gözlədiyi rəqəmdən 3 dəfə azdır.
Xatırladaq ki, bu dəfəki hərracda 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.