Daxili işlər naziri Ramil Usubov

Ukrayna Azərbaycandakı sabitlikdən məmnundur

118
Azərbaycanla Ukrayna arasında cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunub

BAKI, 19 fev — Sputnik. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 19-da ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat didmətindən məlumat verilib. 

Qonaqları salamlayan nazir son illər iki ölkə prezidentlərinin siyasi iradəsinə, dostluq münasibətlərinə və imzalanmış hökumətlərarası sənədlərə uyğun olaraq Azərbaycanla Ukrayna arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafını, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb. O, bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə baş prokuror Yuri Lutsenkoya təşəkkürünü bildirib.

İlham Əliyev Ukraynanın sosial siyasət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Daha sonra cənab Ramil Usubov müstəqilliyin ilk illərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, ağır kriminogen durum barədə məlumat verib. Azərbaycanın bu fəlakətdən xalqın tələbi ilə ali hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində xilas olduğunu xatırladan nazir 1995-ci ilin sonlarından başlayaraq ölkəmizdə sabitliyin bərqərar olduğunu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyünü diqqətə çatdırıb. Məhz görülmüş belə məqsədyönlü işlərin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq bu gün ölkəmizin cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropada öncül yerlərdən birini tutduğu xüsusi qeyd olunub.

Ukrayna Respublikasının baş prokuroru Yuri Lutsenko səmimi qəbula, yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. Görüşdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko iştirak edib.

118
Teqlər:
Yuri Lutsenko, Ramil Usubov, Ukrayna, səfər, Azərbaycan, görüş
Əlaqədar
Deputat: Postsovet məkanında Ukrayna və Azərbaycan uğrunda savaş dərinləşir
Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub
"Riqoletto"da Azərbaycan və Ukrayna opera ustaları birgə çıxış edəcək
Azərbaycan ukraynalı iş adamı barədə İnterpola müraciət edib
Qəbələyə mənzərə, arxiv şəkli

Ölkə xaricində istirahətdən həzz almaq olmur - Həmvətənlərimizin yay planları

2
(Yenilənib 01:46 23.06.2021)
Pandemiya qaydaları yumşaldıqca, havalar istiləşdikcə yay arzularını, istirahət planlarını gerçəkləşdirmək istəyənlərin sayı artır. Azərbaycanda bu mövsüm üçün insanların hansı planlar qurduqlarını araşdırdıq.

BAKI, 23 iyun - Sputnik. Tətil, məzuniyyət mövsümü olan yay Azərbaycanda güclü istilərlə başlayıb. Bir neçə gündür ki, ölkənin bəzi bölgələrində temperatur 40 dərəcə Selsini keçir. Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın anomal istilərlə bağlı açıqlaması və Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimində yumşalmalara getməsi də istirahəti sağlamlığa faydalı və maraqlı keçirmək əndişələrini aktuallaşdırıb.

İstirahət planı - olan var, olmayan var

Karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün Media Təhlil Mərkəzi tərəfindən keçirilən sorğuda respondentlərin 47,5%-i yay ayları üçün istirahət planı olmadığını deyib. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.

Qeyd edək ki, sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

Favorit - sərinlikdir

Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:

Lənkəran – 33%; Şəki-Zaqatala – 32%; Quba-Xaçmaz – 29%; Qarabağ – 29%; Gəncə-Qazax – 19%;

Aran – 18%; Şirvan – 8%; Naxçıvan – 5%. Respondentərin 29 faizi isə bölgələrə getməyi planlaşdırmadığını deyib. Göründüyü kimi, insanlar daha çox havası sərin olan bölgələrimizə üz tutmağa üstünlük verirlər.

Dost-qohum maşınları trenddə, xaricdən həzz alan azalıb

Rəyi soruşulan həmvətənlərimizin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyib. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib. Sərnişin avtobusu ilə səyahət edənlər sorğu iştirakçılarının 22%-ni, müxtəlif turlara qoşulanlar 13%-ni əhatə edib. Respondentlərin 1%-i isə təyyarə ilə səyahətə üstünlük verdiyini bildirib.

Pandemiya bitənədək xarici ölkəyə səyahət planlarını təxirə salanlar respondentlərin 12%-ni təşkil edib. Sorğu iştirakçılarının 28%-i bildirib ki, qadağaların davam etdiyi müddətdə ölkə xaricində istirahətdən həzz almaq olmur. Respondentlərin 10%-i xarici ölkəyə səyahətə məhdudiyyət qoymadığını, 50%-i isə əvvəllər də xaricə səyahət etmədiyi üçün hazırkı vəziyyətin istirahət planlarına heç bir təsirinin olmadığını dilə gətiriblər.

Cibdə varsa pul...

Başqalarının istirahətə nə qədər pul xərclədiyi həmişə maraq doğurur - həm məkanları müqayisə edə bilirsən, həm də büdcəni planlaşdırırsan. 

MTM-in keçirdiyi sorğudakı respondentlərin 67%-i yay istirahətinə 300-500 AZN, 15%-i 500-700 AZN, 9%-i 700-1000 AZN, 9%-i isə 1000 AZN-dən çox vəsait ayırdığını qeyd edib.

Bu mövsüm bölgələrdə istirahətin nisbətən baha olacağı gözlənilir. Məsələn, populyar istiqamətlərdən olan Şəki-Zaqatala-Qax bölgəsində günlük kirayə evlərin qiyməti indidən artıb. 

Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmış, bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. 100, 80 manatlıq evlər ötən il 30-20 manata zorla müştəri tapsa da, bu il maklerlər və yerli sakinlər evləri yenə 80-100 manata razılaşma yolu ilə verə biləcəklərini söyləyirlər.

Aviasəyahət

Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

Azərbaycan Hava Yolları (AZAL) bir müddət əvvəl bildirmişdi ki, iyun ayından Bakıdan Bodrum və Dalaman kurortlarına xüsusi reyslər açılacaq. Bu istiqamətdə uçuşlar iyunun 25-dən başlanır. Cədvələ görə, Bakı-Bodrum-Bakı reysləri hər gün, Dalamana və geriyə uçuşlar isə həftədə üç gün - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Buta Airways aviaşirkəti də Bakıdan Alanyaya uçuşları bərpa edərək Ankaraya reyslərin sayını artırıb. 

İyulun 3-dən aviaşirkət Bakı-Alanya-Bakı reyslərinə start verir. Uçuşlar həftədə bir dəfə - şənbə günləri gerçəkləşəcək.

Ankaraya uçuşların sayı da artır: iyunun 19-dan Buta Airways Türkiyə paytaxtına həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri reyslər təşkil edəcək.

Azərbaycan ərazisinə isə Rusiya və Türkiyə (iyunun 10-dan) ilə yanaşı, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdən (iyunun 21-dən) uçuşlara icazə verilir.

Eləcə də oxuyun:

  • Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə - Qaydalar dəyişir

  • Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

  • Azərbaycan turizmi yeni mövsümə hazırdırmı? – Samir Dübəndi danışır

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • Umayra Tağıyeva çimərliklərlə bağlı qadınlara müraciət edib

2
Hövsanda çirkab sular

Bakının yarısında kanalizasiya şəbəkəsi yoxdur

6
(Yenilənib 00:30 23.06.2021)
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov "Ekspert saatı"nda paytaxtın kanalizasiya problemindən danışıb. O, Bakıda göllərin ekoloji durumunun fəlakət həddində olduğuna diqqəti çəkib.

 

BAKI, 23 iyun — Sputnik. Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov "Ekspert saatı"nda çıxışı zamanı deyib.

O bildirib ki, digər 50 faizdə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir:

"Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub. Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orada infrastruktur yaradılsın".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli isə bildirib ki, Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur: "Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir".

Eləcə də oxuyun:

  • Təmiz dəniz: Xəzəri çirkləndirənlərlə radikal mübarizə planlaşdırılır

  • Qarşıda bizi böyük problem gözləyir: İcazə olsa da, olmasa da təhlükəli sulara girəcəyik

  • Azərbaycanda məşhur göl qurumaq təhlükəsi ilə üzləşib - ərəblərin ayağı düşmədi

6
Teqlər:
ETSN, Bakı, kanalizasiya, göl