Milli Məclis

Hərbi vəziyyət rejiminin təmin edilməsi qaydası dəqiqləşir

26
(Yenilənib 21:28 14.02.2017)
"Hərbi vəziyyət haqqında" qanun layihəsi qəbul edilib

BAKI, 14 fev-Sputnik. Fevralın 14-də Milli Məclisin plenar iclasında "Hərbi vəziyyət haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanun layihəsi 5 fəsil 27 maddədən ibarətdir.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyulub və qəbul edilib. 

26