Novruz Məmmədov

Novruz Məmmədov: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”

38
(Yenilənib 16:56 11.02.2017)
Novruz Məmmədov: "Dilqəm Əsgərov məsələsi Rusiyanın daxili işidir"

BAKI, 11 fev — Sputnik. “Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir: “Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda öz əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür. Rusiya böyük dövlətdir. Azərbaycanla Rusiya arasında əlaqələr böyük əlaqələridir, böyük tarixi var. Biz bu illər ərzində, 2 əsrdən artıq dövrdə olan proseslərin ən yaxşı təməllərini seçib, iki ölkə arasında əməkdaşlıq qurmuşuq. İki ölkə arasında mehriban dostluq, sıx qonşuluq və strateji tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərindədir. Bu iki ölkə arasında əlaqələrə zərbə vurmaq mümkün deyil. Həmin ərazilər Azərbaycan ərazisidir. Ora gələn şəxs Azərbaycanın razılığı ilə səfər etməlidir. Biz icazə verməmişiksə, deməli bu hüquq pozuntusudur”. 

Novruz Məmmədov Dağlıq Qarabağda saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu halda onun məsələsinin qabardılmaması barədə deyilənlərə münasibət bildirərkən deyib ki, bu, Rusiyanın daxili işidir: "Bizimlə bağlı məsələləri Azərbaycan tərəfi bütün proseslərdə gündəmə gətirir. Bizim öz daxili qaydamız var və bunu həyata keçiririk. Bu məsələni siyasiləşdirməyə çalışanlar, münasibətlərə xələl gətirmək istəyənlər var. Əgər qərəzli olmadıqlarını, ədalətli olduqlarını və beynəlxalq hüquq baxımından bu məsələni qaldırdıqlarını deyirlərsə, o zaman Dilqəm Əsgərov məsələsini də qaldırsınlar. bütün vətəndaşlara eyni münasibət göstərmək lazımdır. Azərbaycanla Rusiya arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edib, iki ölkə rəhbərləri arasında qarşılıqlı anlaşma, etimad var".

38
Teqlər:
hüquq pozuntusu, Aleksandr Lapşin, Novruz Məmmədov, Dilqəm Əsgərov, Rusiya, Azərbaycan
Əlaqədar
"Lapşin prosesi"nin ikinci mərhələsi başlayır
“Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər kəsə mesajdır”
Vitse-spiker: “Lapşinin ekstradisiyasında qeyri-adi bir şey yoxdur”
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik

Əsgərlərimiz hərbi parada hazırlaşırlar - VİDEO

36
(Yenilənib 18:03 05.12.2020)
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq

BAKI, 5 dekabr - Sputnik. Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

36
Teqlər:
video, hazırlıq, Müdafiə Nazirliyi, hərbi, parad