Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Azərbaycan prezidentinin köməkçisi İƏT baş katibi ilə görüşüb

29
(Yenilənib 23:02 08.02.2017)
Əli Həsənov İƏT baş katibinə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və lV İslam Həmrəyliyi Oyunlarına dəvətini çatdırıb

BAKI, 8 fev — Sputnik. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

İslam dünyasının problemləri haqqında söhbət açan Yusif bin Əhməd əl-Useymin dünyada islamofob meyillərin artmasının İslam ölkələrini qayğılandırdığını qeyd edib: “Avropada hazırda 60 milyonluq İslam diasporu var. Bu insanların bir-biri ilə əlaqələndirilməsi, vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsi İslam dünyası üçün çox vacibdir və bunun böyük səmərəsi ola bilər”. 

Ə. Həsənov isə İƏT baş katibinə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və lV İslam Həmrəyliyi Oyunlarına dəvətini çatdırıb.

İƏT-in baş katibi Azərbaycana səfərə hazırlaşdığını, amma böyük məmnuniyyətlə İslam Həmrəyliyi Oyunlarına da gələcəyini qeyd edib və dəvətə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olduqdan sonra öz təşəbbüskar mövqeyi ilə seçilib, üzərinə düşən vəzifələri həmişə yerinə yetirib, təşkilatın prinsiplərinə uyğun davranmağa çalışıb. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həm özünün dövlət maraqlarını, həm də İslam mədəniyyətini, İslam dünyasının ortaq mənafelərini müdafiə edib. Onun sözlərinə görə, prezident İlham Əliyev hər fürsətdə İslam dünyasının yaşadığı problemləri dilə gətirib və onların həllində yardımçı olmağa çalışıb.

Azərbaycandakı multikultural mühit haqqında məlumat verən Ə. Həsənov ölkəmizdə bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Şərq ilə Qərb arasında təbii körpüdür və Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu mənada Azərbaycan Avropa ilə İslam ölkələri arasında əlaqələndirici rol oynaya, dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verə bilər.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edən Ə. Həsənov bu çərçivədə Azərbaycanda və ölkəmizin beynəlxalq miqyasda keçirəcəyi çoxsaylı tədbirlər barədə məlumat verib və İƏT ilə əməkdaşlıq çərçivəsində bu tədbirlərin daha səmərəli və təsirli ola biləcəyini diqqətə çatdırıb, Azərbaycanın həm də lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi və bu idman bayramının dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verəcəyini vurğulayıb. 

Prezidentin köməkçisi Ə. Həsənov qeyd edib ki, 2014-cü ildə İƏT-in İnformasiya Nazirlərinin Tehran Konfransında quruma üzv ölkələrin jurnalistlərinin birliyinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb və Azərbaycan həmin təşəbbüsə uyğun olaraq artıq bu istiqamətdə fəaliyyətə başlayıb. 2016-cı ilin oktyabrında Bakıda İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib və qurumun fəaliyyətinin təşkili məsələlərinə baxılması üçün İƏT baş katibliyinə müraciət ünvanlanıb. Bu assosiasiyanın fəaliyyəti İslam ölkələri arasında məlumat, informasiya mübadiləsinin yaradılması, genişləndirilməsi, İslan dünyası haqqında qlobal miqyasda düzgün təsəvvürün formalaşdırılması və digər məqsədlər güdür. Ə. Həsənov İƏT-in bu təşəbbüsə hərtərəfli dəstəyinə böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sonda İƏT baş katibi rəhbərlik etdiyi qurumun İslam dünyasının maraqlarının müdafiəsi və problemlərinin həlli sahəsində fəaliyyətinə hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasına və prezidentinə təşəkkürünü bildirib. Yusif bin Əhməd əl-Useymin qeyd edib ki, Azərbaycan prezidentinin fəaliyyəti, onun daxili və xarici siyasəti, İslam dünyasının problemlərinə göstərdiyi diqqət də təqdirəlayiqdir.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev iştirak edib.

29
Teqlər:
İslam dünyasının maraqlarının müdafiəsi, Tehran Konfransı, lV İslam Həmrəyliyi Oyunları, İslam Əməkdaşlıq Təşkilatı, Rasim Rzayev, Yusif bin Əhməd əl-Useymin, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Azərbaycan prezidenti İlham Əliyev, Ciddə, Səudiyyə Ərəbistanı, Tehran, Azərbaycan
Государственный экзаменационный центр

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

2
İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

BAKI, 2 mart - Sputnik. Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış olmaq olar.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olub.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47.57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

2
Bakıda Zəfər paradı

Ərdoğan Qarabağ Zəfəri Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

5
(Yenilənib 16:38 02.03.2021)
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığının simvolu olacaq.

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.

5

Əbədi alov neft diyarı: Suraxanı Əmircana fotoekskursiya

0
Bakı hər bir tərəfdən öz unikal tarixi, ənənəsi və arxitektur abidələri ilə tanınan qəsəbələrlə əhatə olunub. Müxtəlif dövrlərdə Bakıətrafında 40-a yaxın belə qəsəbə olub.

Qədim abidələrin rast gəlindiyi Suraxanı və Əmircan qəsəbələri Abşeronda ən maraqlı yerlərdən sayılır. Burada zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə olunan Atəşgah məbədi var. Suraxanı qəsəbəsinin adı toponim kimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, xanı isə mənbə, qaynaq deməkdir.

Suraxanı həmçinin neft ənənələri ilə tanınır - burada 1857-ci ildə iş adamı Vasili Kokorev tərəfindən dünyada ilk Neftayırma Zavodu tikilib.

Əmircan qəsəbəsinin ərazisində Abşeronun ən gözəl məscidlərindən biri - Murtuza Muxtarov məscidi yerləşir. Məscid XX əsrin əvvəllərində Bakı milyonçusu M.Muxtarov tərəfindən inşa edilib.

Bu məsciddən bir az kənarda daha bir memarlıq abidəsi - XIV əsrə aid Nizaməddin məscidi var. Hazırda məsciddə rekonstruksiya işləri aparılır.

Bundan əlavə, qəsəbədə dini məbədlər, onlardan biri Səkinəxanım seyid Saleh qızı Piridir. Burada din xadimlərinin məzarları var. 

Əmircan qəsəbəsində tanınmış azərbaycanlı yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanov doğulub. Onun yaşadığı ev hazırda muzeydir. 

Sputnik Azərbaycan-ın fotolentində Suraxanı və Əmircan qəsəbələrinin bu və digər tarixi abidələrini izləyə bilərsiniz.

0
  • © Sputnik / Murad Orujov

    Atəşgah məbədi.

  • © Sputnik / Murad Orujov

    Atəşgah məbədi.

  • © Sputnik / Murad Orujov

    Atəşgah məbədinin divarında sanskrit dilində yazı.

  • © Sputnik / Murad Orujov

    Əmircanda Murtuza Muxtarov məscidi.

  • © Sputnik / Murad Orujov

    Əmircanda Murtuza Muxtarov məscidi.

  • © Sputnik / Murad Orujov

    Məsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində məscid.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).

  • © Sputnik / Murad Orujov

    Qoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.

  • © Sputnik / Murad Orujov

    Abbasqulu ağa Bakıxanovun ev-muzeyi.

  • © Sputnik / Murad Orujov

    Suraxanı qəsəbəsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.

  • © Sputnik / Murad Orujov

    Səkinəxanım seyid Saleh qızı Piri.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində dini xadimin məzarı.

  • © Sputnik / Murad Orujov

    Qəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.

  • © Sputnik / Murad Orujov

    Bakının Əmircan qəsəbəsində məhəllə.

  • © Sputnik / Murad Orujov

    Əmircan qəsəbəsində müsəlman məbədi.