Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycan XİN: Aleksandr Lapşinin məsələsi siyasi deyil

28
(Yenilənib 17:36 08.02.2017)
Azərbaycan Xarici İşlər Nazirliyi Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı bəyanat yayıb

BAKI, 8 fev — Sputnik. “Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.  

Bəyanatda deyilir ki, vətəndaşlığını daşıdığı ölkələrin xarici işlər nazirliklərinin xəbərdarlığına baxmayaraq, A. Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib: 

“Adının “arzuolunmaz şəxslər” siyahısında olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib. A. Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin əlamətləri olduğundan, Baş Prokurorluq tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. A.Lapşin 2016-cı il dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, 7 fevral 2017-ci il tarixində Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına yerləşdirilib. A. Lapşinin məsələsinə Azərbaycan Respublikasının qanunları çərçivəsində baxılır. A. Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır”.

Azərbaycan Xarici İşlər Nazirliyi bir daha əcnəbi vətəndaşları Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə, digər dövlətləri isə öz vətəndaşlarını bu kimi səfərlərin hüquqi fəsadları barədə xəbərdar etməyə çağırıb. 

28
Teqlər:
dövlət əleyhinə yönələn açıq çağırışlar, hüquqi xarakter, ekstradisiya, Ermənistan silahlı qüvvələri, Bakı istintaq təcridxanası, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Aleksandr Lapşin, Belarus Respublikası, Ermənistan
Mövzu:
Blogger Lapşinin Azərbaycana ekstradisiyası (10)

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

2
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

2
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ
İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarının sadələşməsi üçün təkliflər hökumətə təqdim edildi

5
Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunmuş və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib.

BAKI, 5 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci il mart ayından etibarən ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq hələ də ümumtəhsil müəssisələrində tədris prosesi tam olaraq ənənəvi qaydada həyata keçirilmir. Həmçinin ötən ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi baş verdi. 44 gün ərzində müzəffər ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Baş vermiş hadisələrlə əlaqədar bəzi bölgələrdə təlim-tədris prosesində müəyyən fasilələr yaranmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında mövcud vəziyyət nəzərə alınaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nəzərdə tutulan dəyişikliklərlə bağlı, yəni ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahan proqramı və yeni imtahan modeli 2020-ci ilin dekabrında "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunaraq ictimaiyyət məlumatlandırılıb.

Jurnalda qeyd olunduğu kimi, proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallar götürülür. Tədris prosesində 2-ci yarımildə keçilməsi planlaşdırılan mövzular üzrə tapşırıqlar isə 5-8-ci siniflər üzrə tərtib olunacaq.

Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunmuş və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmayıb. Beləliklə, demək olar ki, proqramda verilmiş mövzuların hamısı tədris prosesində keçilib.

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 4 mart 2021-ci il tarixli qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib.

DİM-in səriştəsizliyi və yaxud imtahanda biznes maraqları>>

Xatırladırıq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər. Əvvəlcədən elan olunduğu kimi, "Abituriyent" jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Yeni imtahan modeli aşağıdakı kimidir:

http://dim.gov.az/news/6346/

5