Sputnik Beynəlxalq Mətbuat Mərkəzində Müstəqil Dövlətlər Birliyinin xarici siyasət prioritetləri mövzusunda keçirilən Bakı-Minsk-Astana-Kişinyov videokörpüsü

MDB üçün başlıca məsələ təhlükəsizlikdir

19
(Yenilənib 19:07 03.02.2017)
Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Müstəqil Dövlətlər Birliyinin xarici siyasət prioritetləri" mövzusunda video-körpü keçirilib

BAKI, 3 fev — Sputnik. Qazaxıstan öz xarici siyasətində çoxvektorlu siyasət prinsipinə riayət edir. Bunu fevralın 3-də Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Müstəqil Dövlətlər Birliyinin xarici siyasət prioritetləri" mövzusunda keçirilən Bakı-Minsk-Astana-Kişinyov videokörpüsündə Avrasiya ekspert şəbəkəsinin sədri Bolat Baykadamov deyib.

Onun sözlərinə görə, Qazaxıstan ilk növbədə MDB ölkələri hökumətləri arasında imzalan kollektiv müqavilələrə və onlar çərçivəsində yaranan bütün öhdəliklərə ciddi şəkildə riayət edir. “Qazaxıstan bu il Suriya münaqişəsinin müzakirəsi üçün platformanı təmin edən ölkə olub. Bu danışıqlar Astanada uğurla həyata keçirildi. Mən hesab edirəm ki, Qazaxıstan bundan sonra da digər mühüm oyunçuların iştirakı ilə münaqişələr və ya rəqib tərəflər arasında əlaqələrin yaradılmasında aktiv şəkildə iştirak edəcək” — o bildirib. 

Müstəqil Dövlətlər Birliyinin 25 ili: itkilər və nailiyyətlər mövzusunda videokörpü
© Sputnik / Murad Orujov

Politoloq Tofiq Abbasov isə MDB ölkələrinin təhlükəsizlik məsələsinə toxunub: “Hazırlanmış layihə və proqramları uğurla həyata keçirmək üçün MDB ölkələri ilk növbədə təhlükəsizlik haqqında düşünməlidir. Bu sahədə Azərbaycanın bəxti bir o qədər də gətirməyib, çünki bizim və Ermənistan arasında həll olunmamış Dağlıq Qarabağ münaqişəsi var. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun sülhməramlı səyləri nəhayət bu il bir nəticə verəcək. Bir milyon qaçqın və məcburi köçkün məsələsi səbəbindən biz digər problemlərə lazımi diqqəti və vəsaiti ayıra bilmirik”.

“Bundan başqa, bizim yaxınlığımızda baş verən təhlükəli hadisələrə də diqqət yetirməliyik. Biz Rusiya hərbi gəmilərinin Xəzər dənizindən Suriya ərazisindəki hədəfləri necə vurduğunun şahidi olmuşduq. Birincisi, məsafə azalır, ikincisi isə bir çox parametrlər simvolik xarakter daşımağa başlayır. Ümumdünya terror təhlükəsi mövcuddur və bu təhlükəli qüvvələri özümüzdən uzaqlaşdırmaq üçün inteqrasiya səyləri intensivləşdirilməli və iqtisadi əməkdaşlıq yalnız sözdə deyil, əməli konkret nəticələr verməlidir” — o bildirib.

Daha sonra çıxış edən ekspertlər isə postsovet məkanındakı vəziyyətdən narahat olduqlarını bildiriblər. Onların fikrincə, burada ciddi dəyişikliklər gözlənilir, rus dili kimi bağlayıcı amillərin zəifləməsi isə ölkələrarası inteqrasiya prosesinə mənfi təsir göstərir. Bildirilib ki, hazırki vəziyyətdə MDB ölkələri bacardıqları qədər yaxın olaraq bütün bu çağırışlarla birgə mübarizə aparmalıdırlar.

19