CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maşallah Əhmədov məhkəmə zalında həbs olunub

© Photo : oxu.azMaşallah Əhmədov
Maşallah Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 30 yan — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə hökm elan olunub. Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Taleh Bağırov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taleh Bağırova 20 illik həbs cəzası verilib

Xatırladaq ki, dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, bundan əvvəl hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə Maşallah Əhmədov son söz deyib.

O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla 2014-cü ildə İran İslam Respublikasından daş gətirib: "İş ortaqlığımız vardı. Ancaq sözümüz düz gəlmədiyi üçün ayrıldıq. Mən ona dəymiş ziyana görə 3 sot torpaq sahəsi vermişəm, daşları qaytarmışam. Ancaq o özü, mənə şər atır. Bəzi adamları başına yığıb, məni şantaj etməklə məşğuldu. Yusif Əzizovun məndən nə istədiyini bilmirəm. Mən ona 11 min manat pul və iki "KamAZ" daş qaytarmışam. Ancaq bu adam məndən yenə pul istəyir. 128 min manat tələb edir. Hansı haqla? Mən ona yalnız 25 min manat kompensasiya verə bilərəm. Ötən dəfə 45 min manat borc alıb, gətirib verirəm, götürmür. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir".

M. Əhmədov zərərçəkmişə 30 min manat və üstündə mənzil verməyi təklif edib. Zərərçəkmiş Y. Əzizov isə bununla razılaşmayıb.

M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərində xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Xəbər lenti
0