Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib

Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

4157
(Yenilənib 14:00 30.01.2017)
Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq

BAKI, 30 yan — Sputnik. Azərbaycan ərazisində sabah gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-də, fevralın 1-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 31-dən, fevralın 2-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin yanvarın 31-də arabir yağıntılı olacağı və qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbərdarlığa görə, fevralın 2-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

4157
Teqlər:
Milli Hidrometeorologiya Departamenti, buz, qar, hava
Mövzu:
Bakıda qarlı hava və onun fəsadları (6)
Əlaqədar
Şaxtalı hava şəraiti davam edəcək
Kəskin hava şəraiti ilə bağlı yollardakı vəziyyət açıqlandı
Qarlı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq
Qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəbərdarlıq gəldi: hava şəraiti kəskin dəyişəcək
Nazirlik sabah havanın necə olacağını açıqladı
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

6
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

6
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
Kəlbəcər, arxiv şəkli

Ermənistanın ekoloji cinayətləri - işğal olunmuş ərazilərdə məhv edilmiş flora fauna

11
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev : İşğal olunmuş ərazilərimizdə 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Beynəlxalq bitki sağlamlığı ili"nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir:

"İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın III nəşrinin hazırlanması və nəşri planlaşdırılır".

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Bu günədək Azərbaycanın onlarla yaşayış məntəqəsi işğaldan azad edilib. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilər işğal etdikləri ərazilərdəki hər şeyi, eləcə də flora və faunanı məhv ediblər.

11