Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

135 illik əsər "Azdrama"da yenidən səhnələşdirildi

18
Əsər Azərbaycanda ilk dəfə 1975-ci ildə rejissor Ələsgər Şərifovun quruluşunda Akademik Milli Dram Teatrında səhnəyə qoyulub

BAKI, 30 yan — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin "Xanuma" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. 

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.

Tamaşada xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Elnur Qədirov, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir.

Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir. Tamaşada müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub. Knyaz Tiflisin ən yaxşı yengəsi Xanumanı tutur.

O, knyaz üçün Quliko adlı qız tapır. Digər tərəfdən Kabato adlı digər yengə knyazı öz namizədi — varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə müəllimi, Knyazın qardaşı oğlu Koteni sevir. Nəticədə Xanuma qalib gəlir. Knyaz Quliko ilə, Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənirlər.

Qeyd edək ki, əsər Azərbaycanda ilk dəfə 1975-ci ildə rejissor Ələsgər Şərifovun quruluşunda Akademik Milli Dram Teatrında səhnəyə qoyulub.

 

18
Teqlər:
Azdrama, səhnə, tamaşa
Əlaqədar
"Azdrama"nın sərəncamçı direktoru işdən çıxarılıb
Fuad Poladov istefa verdiyini deyir, "Azdrama" isə...
"Azdrama"nın kollektivi Türkiyədədir
Nümayişi qadağan olunan tamaşa
“Generalın son əmri” tamaşası oynanılıb
Uşaq bağçası

İyirmi dörd nəfərin valideyn olmaq arzusu baş tutmadı

0
Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

BAKI, 16 may — Sputnik. Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir. Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

0
Teqlər:
qız, oğlan, Övladlığa götürmə
Edvgerial saytın istifadəçisi

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

23
(Yenilənib 21:47 16.05.2021)
Bu ilin ilk rübündə çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. İqtisadçılar ƏDV-nin geri qaytarılması məsələsindən danışıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

"Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: "1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur".

İqtisadçı Radil Fətullayev də Sputnik Azərbaycan-a deyib ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: "Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır".

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: "Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın".

O bildirib ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

"Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır".

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Eləcə də oxuyun: 

* ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisi artıb

Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

23
Teqlər:
müddət, qaydalar, qaytarılma, vətəndaş, ƏDV