Курение в общественных местах

Azərbaycanda bu qədər qadın siqaret çəkir

276
(Yenilənib 15:25 30.01.2017)
Siqaret çəkənlərin 40%-i siqareti evdə çəkməklə ailə üzvlərinə təhlükə törədir

BAKI, 30 yan — Sputnik. "Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, ölkədəki 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib".

Sputnik-Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

T.Musayev əlavə edib ki, hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaların nəticələrinə görə, 13-15 yaşlıların 28,8%-i evdə, 40,8% —i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Siqaret çəkməyənlərin 8 faizi növbəti il ərzində siqaret çəkməyə başlaya bilər.

T.Musayevin sözlərinə görə, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha çəlbedici görünür.

T.Musayev qeyd edib ki, ümumilikdə Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36-%-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır. Araşdırmaların nəticələrinə görə, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalırlar: "Siqaret çəkənlərin 40%-i siqareti evdə çəkməklə ailə üzvlərinə təhlükə törədir. Qeyd edim ki, ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütün çəkmə risk amili mövcuddur".

276
Teqlər:
statistika, Səhiyyə Nazirliyi, siqaret
Əlaqədar
"Azərbaycanda keyfiyyətsiz tütün məhsulları - məişət narkomaniyasına yol"
Siqaret ilə bağlı cəzalar artırıldı
Siqaret çəkib, içki içənlərin nəzərinə!
Siqaret çəkməyə görə ölüm cəzasından xəbəriniz vardı?
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Siqaret satışı ilə bağlı sərt qərar qəbul edildi

İsmayıllının qaranlıq günü: Orada işıqlar niyə sönür?

6
(Yenilənib 14:32 20.01.2021)
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu: "Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:

"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".

6
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

"Şəhidlərin simvolu qərənfillər bu gün xarı bülbül ilə birlikdə açır" - Çavuşoğlu

5
(Yenilənib 14:02 20.01.2021)
Türkiyə XİN başçısı deyib ki, şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır.

BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.

5
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şəhidlər Xiyabanı, şəhidlər, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Qubada qar yağır, sakinlər isə şəhidlər xiyabanına axışır

0
(Yenilənib 14:54 20.01.2021)
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.

Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.

0