Колючая проволока. Архивное фото

Azərbaycanda 140 məhkum vəfat edib

52
(Yenilənib 14:08 30.01.2017)
2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər azalıb

BAKI, 30 yan — Sputnik. 2016-cı il ərzində İşgəncələrə Qarşı Avropa Komitəsi və BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun əməkdaşları Azərbaycana səfər ediblər. Sputniki-Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib.

O bildirib ki, həmin təşkilatların qaldırdığı məsələlərə həssaslıqla yanaşılıb, fəaliyyətlərinə normal şərait yaradılıb, təhlükəsizlikləri təmin edilib: "İşgəncələrə Qarşı Avropa Komitəsinin nümayəndə heyəti Bakı və 2 saylı istintaq təcridxanalarına, 2, 4 saylı cəzaçəkmə müəssisələrinə, həbsxanaya və müalicə müəssisinə başçəkmə həyata keçirib. Başçəkmələrdən sonra nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Görüş zamanı nümayəndə heyəti müəyyən iradlarını bildirib və tövsiyələrini verib. Aşkarlanan nöqsanlar üzrə nazirin göstərişi əsasında araşdırmalar aparılıb. Nəticədə 2 saylı istintaq təcridxanasının və 4 saylı cəzaçəkmə müəssisəsinin 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 2 saylı istintaq təcridxanasının rəisi tutduğu vəzifədən azad edilib".

O. Məmmədovun sözlərinə görə, 2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər, yaxud 3,2 faiz azalıb ki, bu, amnistiya aktının tətbiqi ilə bağlıdır: "Qeyd olunan dövrdə penitensiar müəssisələrdən müxtəlif əsaslarla 7579 nəfər azad edilib. Bu, 2015-ci illə müqayisədə 1661 nəfər çoxdur. Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması ilə əlaqədar, 1503-ü cəzada vaxtından əvvəl, 137-si əfv aktına, 2891 amnistiya aktına əsasən, 8-i xəstəliyə görə, 110-u qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla azadlığa buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və həbs edilmiş şəxs vəfat edib".

52
Teqlər:
həbsxana, məhkum, Penitensiar xidmət
Əlaqədar
Azərbaycan həbsxanasında məhkum ölüb
Nazirlik həbsxanadan azad olunmuş 5823 nəfərə pul verib
Həbsxanaya düşməmək üçün 14 yalan
Məhkum dünyasını dəyişib
Ömürlük məhkum intihar edib

Çavuşoğlu Lavrov Qarabağdakı son durumu müzakirə etdilər

1
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür

BAKI, 27 sentyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə Sputnik Azərbaycan "Milliyet" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, danışıqlar zamanı Ermənistanın təcavüzü müzakirə olunub.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

 

1
Teqlər:
Sergey Lavrov, Mövlud Çavuşoğlu, Türkiyə, münaqişə, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və bunu gizlətmir
TBMM sədri: "Ermənistan regionda sülh baxımından islaholunmaz terror dövlətidir"
Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"
Səfərbərlik Xidməti məlumat yaydı
Azərbaycan Ordusunun hərbi qulluqçuları, arxiv şəkli

Səfərbərlik Xidməti məlumat yaydı

96
(Yenilənib 13:49 27.09.2020)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir

BAKI, 27 sentyabr — Sputnik. "Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub".

Bu barədə Sputnik Azərbaycan-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.

"Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur".

96
Teqlər:
Ermənistan, Azərbaycan, münaqişə, Dağlıq Qarabağ, bəyanat, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Vurulan helikopterimizlə bağlı son məlumat
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
Cəbhədə yaralanan vətəndaşlarımızın adları açıqlandı