Azərbaycan sülhməramlıları vətənə qayıtdılar

© Photo : Official Marine Corps photo by Cpl. Adam C. SchnellAzərbaycanlı sülhməramlılar, arxiv şəkli
Azərbaycanlı sülhməramlılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb

BAKI, 27 yan — Sputnik. NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti
0