Сямяни - символ Новруза

Novruz çərşənbələrinin vaxtı açıqlanıb

41287
(Yenilənib 15:26 25.01.2017)
Fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq

BAKI, 25 YAN — Sputnik. Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrin vaxtı açıqlanıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, 2017-ci ildə ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə — Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.

41287
Teqlər:
Novruz bayramı, çərşənbə, Şamaxı rəsədxanası
Mövzu:
Azərbaycanda Novruz bayramı (11)
Əlaqədar
Novruz bayramı zamanı 9 gün iş olmayacaq
Azərbaycanda Novruz bayramını xalq gəzintiləri və yarmarkalarla qarşılayırlar
Novruzgülü, bənövşə, qardələn - Zaqataladan bahar mesajları
Sputnik Azərbaycan respublikanın vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edir
Novruz haqqında bunları bilirdiniz?