CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişin tərəfindən bıçaqlanan sürücü dünyasını dəyişdi

CC0 / Brett_Hondow / knifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəmkirdə sərnişin tərəfindən bıçaqlanan sürücü xəstəxanada dünyasını dəyişib

BAKI, 20 yan — Sputnik. Şəmkirdə bir neçə gün əvvəl sərnişini tərəfindən bıçaqlanan sürücü yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində sərnişin tərəfindən bıçaqlanan Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğlu yerləşdirildiyi Gəncə şəhərindəki özəl xəstəxanaların birində dünyasını dəyişib.

N. Babayev yanvar ayının 17-də Seyfəli kəndinə apardığı sərnişini tərəfindən bıçaqlanıb və avtomobili qaçırılıb. Qaçırılan "VAZ-2107" markalı avtomobil isə Şəmkir rayon Seyfəli kənd sakini, avtomobil təmiri ilə məşğul olan Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi Eşqin Murtuzovdan aldığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Xəbər lenti
0