Mübariz Qurbanlı

"İslam Həmrəyliyi İli" ilə bağlı tədbirlər planı hazırlanır

96
(Yenilənib 13:11 20.01.2017)
Mübariz Qurbanlı: "İslam həmrəyliyi anlayışını, yalnız dini məsələlərlə bağlamaq düzgün deyil"

BAKI, 20 yan — Sputnik. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ilə əlaqədar tədbirlər planı üzərində iş gedir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

O, qeyd edib ki, hazırda bütün aidiyyəti qurumlar tərəfindən "İslam Həmrəyliyi İli" ilə bağlı təkliflər göndərilir: "Tədbirlər planı təsdiq edildikdən sonra müxtəlif tədbirlər həyata keçiriləcək. Tədbirlər planında bütün sahələr nəzərdə tutulub".

M. Qurbanlının sözlərinə görə, İslam həmrəyliyi anlayışını, yalnız dini məsələlərlə bağlamaq düzgün deyil: "İslam həmrəyliyi bütün istiqamətləri, o cümlədən iqtisadiyyatı, mədəniyyəti, humanitar məsələləri, beynəlxalq təşkilatları və digər bütün məsələləri nəzərdə tutur".

96
Teqlər:
tədbirlər planı, "İslam Həmrəyliyi İli", təklif, din, Azərbaycan
Əlaqədar
Politoloq: “İslam Həmrəyliyi İli” digər dövlətlərə də örnəkdir”
Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib
Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının TK-nin sədri oldu