Nəcməddin Sadıkov

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək

18
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçika Krallığına yola düşüb

BAKI, 16 yan — Sputnik. Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil ediləcək görüşlərində iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

18
Teqlər:
müavin, müdafiə naziri, Silahlı Qüvvələr, Nəcməddin Sadıkov, NATO, Baş Qərargah
Əlaqədar
Nəcməddin Sadıkov amerikalı generalla görüşüb
Nəcməddin Sadıkov NATO-da keçirilən görüşlərdə iştirak edib
Azərbaycan zabiti Nəcməddin Savalanov dəfn edildi
Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi xəbərinə aydınlıq gətirildi
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

56
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

56

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd mülki şəxslər idi”

17
(Yenilənib 21:17 24.10.2020)
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. “Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndə yaxınlaşdı. Hədəf kənd və mülki şəxslər idi. Çox güman ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın müharibə cinayətləri”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün twitter səhifəsində yazıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə