Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

İlham Əliyevin Naxçıvana səfəri başlayıb

190
Dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb

BAKI, 11 yan — Sputnik. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

190
Teqlər:
prezident, səfər, İlham Əliyev, Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Vasif Talıbov
Əlaqədar
İlham Əliyev cəbhə bölgəsinə səfər edib
İlham Əliyev daha bir rayona səfər edib
İlham Əliyev Xaçmaza səfər edib
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
İlham Əliyev səfərə getdi
İlham Əliyev Çinə səfərə hazırlaşır
Прогулка

Uzun ömür sürməyin sağlam yaşamağın yolu budur

4
(Yenilənib 21:21 20.09.2021)
Mütəxəssislər: sağlam qalmaq üçün "gündəlik 10 min addım" düşüncəsi sadəcə bir marketinq siyasətidir.

BAKI, 18 sentyabr — Sputnik. Gün ərzində 7 min addım atmaq sağlam və uzunömürlü olmaq üçün çox önəmlidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qənaətə "Massachusetts" universitetinin alimləri gəliblər.

Mütəxəssislər 11 il ərzində 38-50 aralığında olan 2 min 110 nəfər üzərində tədqiqat aparıblar.

Onlar bildiriblər ki, gündə 10 min deyil, 7 min addım atmaq erkən ölüm riskini 66 faiz azaldır.

Alimlər uzun illərdir ki, sağlam qalmaq və uzun ömürlü olmaq üçün "gündəlik 10 min addım" düşüncəsinin sadəcə olaraq bir marketinq siyasətinin - yəni, satışdan daha çox pul qazanılması hədəfinin tərkib hissəsi olduğuna da diqqət çəkiblər.

Onlar bildiriblər ki, hətta bu yolla daha çox pul qazanmaq üçün ötən əsrin 60-cı illərində "10 min addım ölçən" adı verilən bir cihaz da yaradılıb.

Elm adamları son olaraq belə qənaətə gəliblər ki, gündəlik 7 min addım atan şəxslər digərləri ilə müqayisədə daha sağlam və uzunömürlüdürlər.

Həmçinin oxuyun:

Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?

4
Teqlər:
ömür, sağlam, yaşamaq
Edvgerial saytının istifadəçisi

İndiyədək vətəndaşlara qədər ƏDV geri qaytarılıb?

20
Ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda  1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir. Bu da "ƏDV geri al" layihəsinə olan kütləvi marağın göstəricisidir.

Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın "BirBank" və ya Azərbaycan Beynəlxalq Bankının "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.

Həmçinin oxuyun:

ƏDV ilə bağlı manipulyasiyalar: Pulumuzu kəsənlərlə necə mübarizə aparmalı

20
Teqlər:
ƏDV, vergi