Təl-Əviv şəhərindən bir görüntü, arxiv şəkli

İsrail-İran karvan yolu Azərbaycandan keçə bilər

211
İsrailli politoloq Yuri Boçarov il ərzində Azərbaycan-İsrail münasibətlərinin necə inkişaf etdiyini, gələcək perspektivləri və Binyamin Netanyahunun Bakıya səfərinin ikitərəfli əlaqələrə necə təsir edəcəyini təhlil edir.

BAKI, 6 yan — Sputnik. Yuri Boçarov, israilli politoloq, "AZİZ" İsrail-Azərbaycan assosiasiyasının idarə heyətinin üzvü

Azərbaycan və İsrail arasında çox qədim və dostluq münasibətlərinin olduğunu xatırlatmağa ehtiyac yoxdur. Ən yüksək səviyyədə dəstəklənən bu münasibətlərin dinamikası Azərbaycanın İsrailin strateji tərəfdaşı adlandırılmasına gətirib çıxarıb.

Bu ölkələr arasında ticarət-iqtisadi münasibətlər bütün MDB məkanında ən yüksək səviyyəlilərdən biridir. 

Lakin sirr deyil ki, bir neçə milyardlıq ticarət dövriyyəsinin fonunda bu münasibətlər sırf biryönümlü xarakter daşıyır. Son illərdə Azərbaycan nefti İsrailin daxili tələbatının üçdə birini ödəyib — söhbət bir neçə milyardlıq məbləğdən gedir. Digər tərəfdən, Azərbaycan İsrail hərbi sənayesinin əsas tərəfdaşlarından biridir. Həm də Azərbaycan İsraildən ən son silahları alır. Buna isə hər ölkə qadir deyil. Son hadisələr göstərdi ki, Azərbaycan bu silahı təkcə almır, həm də ondan yaxşı istifadə edə bilir. Azərbaycana hərbi ixracın ümumi məbləği milyard dollarlarla ölçülür. Belə görünür ki, bu, İsrailə nəql edilən neftin ümumi məbləğinə proporsionaldır.

Lakin neft məhsulları və silah, necə deyərlər, dövlət biznesidir. Amma bu ölkələrin adi biznes-qrupları səviyyəsində hələlik vəziyyət ürəkaçan deyil. Belə ki, İsrail statistika orqanının hesabatına görə, 2015-ci ildə Azərbaycana ümumilikdə 129,5 milyon dollar dəyərində, təxmin 20 adda məhsul ixrac edilib. O cümlədən, 43 milyon dollarlıq mexaniki qurğu və kompüter, 32 milyon dollarlıq alüminium məhsulları, 15 milyonluq maşın və avadanlıq və s. ixrac edilib. Azərbaycandan isə İsrailə cəmi 2,5 milyon dollarlıq məhsul ixrac edilib. Bunun 1,5 milyon dolları maşın və mexaniki qurğuların, 0,5 milyonu isə qida məhsullarının payına düşür. Yerdə qalan 0,5 milyona çoxlu sayda məhsullar daxildir və onların arasında 1000 dollarlıq musiqi alətlərinin ixracı xüsusi maraq doğurur. Bütün bunlar bir daha iki ölkə arasında ticarət-iqtisadi potensialın tam olaraq reallaşmadığını göstərir. Bu reallaşma üçün geniş fəaliyyət meydanı mövcuddur.

İsrail məhsul və texnologiyası bütün dünyada yüksək qiymətləndirilir, amma məlum səbəblərdən Yaxın Şərq ölkələrinin çoxuna birbaşa satılmır. Fikrimcə, Azərbaycan İsrail üçün Şərqə qapı ola bilər. Bunun üçün İsrailin aparıcı şirkətləri ilə Azərbaycan ərazisində İsrail texnologiyası ilə müxtəlif məhsullar istehsal edəcək müştərək şirkətlər yaratmaq lazımdır. Çirkli və dəniz suyunun şirinləşdirilməsi qurğularının, günəş enerjisi avadanlığının, elektronika, rabitə və kommunikasiya cihazlarının yaradılması üzrə əməkdaşlığın böyük perspektivləri var. Azərbaycanda müasir avadanlıqla işləyən kifayət qədər müəssisə mövcuddur. Onları İsraiil texnologiyası və hi-tech sahəsində son nailiyyətlərlə birləşdirərək dünya səviyyəli məhsul almaq olar. Bu məhsulu Azərbaycan loqosu altında Yaxın Şərqə böyük uğurla satmaq mümkündür. Həmçinin, kənd təsərrüfatı, informasiya texnologiyaları, əczaçılıq sektoru, turizm və səhiyyə sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var.

Hazırkı vəziyyət hər iki ölkə üçün çox unikaldır – Azərbaycan İsrail üçün Yaxın Şərqə qapılar aça bilər. Bu qapılar həmişə Azərbaycanın ərazisində olacaq və İsraildən İrana yeni karvan yolu da buradan keçəcək.

Bütün bu perspektivlər İsrail baş naziri Binyamin Netanyahunun Bakıya səfəri və məhz biznesin yolunu açan bəzi sənədlərin imzalanması ilə reallığa çevriləcək. Belə ki, Bakı görüşü çərçivəsində standartlaşma, ikiqat vergiyə cəlbetmə, kənd təsərrüfatı sahəsində və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalanıb.

Və daha bir vacib məqam. Bildiyiniz kimi, bu yaxınlarda İsraildə iri qaz yataqlarının kəşf edilməsi ilə əlaqədar bu ölkə enerji daşıyıcıları ixracatçıları siyahısına daxil ola bilər. Lakin bunun üçün ona qaz kəmərləri lazımdır. Ən perspektivli yol Türkiyə ərazisindən Avropaya gedən yoldur. Lakin İsrail gələcəkdə Türkiyənin xarici siyasətindən asılı olmamaq üçün Azərbaycandan Türkiyəyə və oradan da Avropaya gedən boru kəmərinə qoşulmaq istəyir. Bununla da risklər azaldılacaq və sərmayələrə Azərbaycan zamin duracaq. Faktiki olaraq, Azərbaycanın boru kəməri İsrail üçün bu dəfə Avropaya qapı ola bilər. 

Şübhəsiz ki, iki ölkənin münasibətləri əla səviyyədədir və hesab edirəm ki, Azərbaycan prezidenti ilə İsrail baş nazirinin şəxsi görüşü ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Belə yüksək səviyyəli liderlər arasında birbaşa qarşılıqlı əlaqələr tərəflər arasında iqtisadi və siyasi cəhətdən həll olunmamış məsələləri yalnız qaldırmağa yox, həm də iki tərəf üçün məqbul olan həlli tapmağa yardım edir. Fikrimcə, Netanyahunun səfəri məhz özəl sektor üçün düzgün işarə olacaq və ən əsası bu işarəni Azərbaycan və İsraildə qəbul edəcəklər.

211
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

39
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

39
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
 Əldə manat, arxiv şəkli

Nazirlik gecikdirilən pulları məcburən ödətdirdi

13
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

13