Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Atçılıq federasiyası mükafatlandırdı

175
(Yenilənib 21:23 27.12.2016)
20 il ərzində federasiyanın inkişafına verdikləri əvəzsiz dəstəyə görə cənab İsa Nəcəfov, Mahir Muradov və Bəsirət Quliyev xüsusi hədiyyə ilə təltif olunublar.

BAKI, 27 dek-Sputnik. Binə Atçılıq Mərkəzi ərazisində yerləşən “Elite Events Hall”-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Atçılıq Federasiyasının rəsmiləri, Atçılıq idman növləri üzrə idmançılar, məşqçilər, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov eləcədə KİV nümayəndələri iştirak edib.  Öncə Azərbaycan Atçılığının Federasiyasının 20 illik inkişafından bəhs edən sənədli film  nümayiş olunub.  Ardınca tədbir iştirakçılarını salamlayan Federasiya prezidenti Elçin Quliyev bu illər ərzində əldə olunan nəaliyyətlər  və Azərbaycan atçılığın inkişafına dair məlumat verib.

Rəsmi çıxışdan sonra mükafatlandırılma mərasimi keçirilib. Əvvəlcə 20 il ərzində federasiyanın inkişafına verdikləri əvəzsiz dəstəyə görə cənab İsa Nəcəfov, Mahir Muradov və Bəsirət Quliyev xüsusi hədiyyə ilə təltif olunublar. Mərasimdə il ərzində əldə olunan yüksək nailiyyətlərlə əlaqədar federasiyanın idmançılarına, məşqçilərə, hakimlərə və digər mütəxəssislərə fəxri diplomlar, habelə mükafatlar təqdim olunub.

  • Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib
    Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib
    © Photo : Atçılıq Federasiyasının mətbuat xidməti

1 / 7
© Photo : Atçılıq Federasiyasının mətbuat xidməti
Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib

— Ramazanov Rafiq Xəlil oğlu – (2016-ci il ərzində keçirilən yarışları ədalətli və qərəzsiz idarə etdiyinə və il ərzində bir sıra yarışlarda dürüst hakimlik etdiyinə görə) fəxri fərman ilə;

— Məlikov Əbülfəz Ağarəhim oğlu – (2016-cı ildə keçirilmiş Atçılıq tədbirlərinin təşkil olunmasında göstərdiyi dəstəyə və səylərə görə) fəxri fərman ilə;

— Mustafayeva Aytən Eyyub qızı – (2016-cı il ərzində Süvarilər dəstəsinin tərkibində Azərbaycan Atçılığını layiqincə təmsil etdiyinə görə) fəxri fərman ilə;

— Cabarova Gülnaz Şurullah qızı – (2016-cı il ərzində Süvarilər dəstəsinin tərkibində Azərbaycan Atçılığını layiqincə təmsil etdiyinə görə) fəxri fərman ilə;

— İlin jokeyi – Məmmədov Habil Telman oğlu – (2016-cı ilin cıdır mövsümü ərzində keçirilən cıdır yarışlarında əldə etdiyi nailiyyətlərə və topladığı reytinq xallarına görə) fəxri fərman ilə;

— Cıdır üzrə ilin məşqçisi – İbrahimov Ramiz Məmməd oğlu – (2016-cı il cıdır mövsümü ərzində keçirilən cıdır yarışlarında əldə etdiyi nailiyyətlərə görə) fəxri fərman ilə;

— Cıdır üzrə ilin at sahibi – Əhmədov Rəşad Subar oğlu – (2016-cı il ərzində yerli cins atların yetişdirilməsi və yarışlara çıxarılmasında göstərdiyi fərdi səylərə görə) fəxri fərman ilə;

— Cıdır üzrə ilin klubu – Arzu Atçılıq Klubu – (2016-cı il cıdır mövsümü ərzində keçirilən cıdır yarışlarında əldə etdiyi nailiyyətlərə görə) fəxri fərman ilə;

— İlin idmançısı – Səmədov Rəşad Oruc oğlu – (2016-cı il ərzində yüksək səviyyəli beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərə görə) fərxri fərman ilə;

— Konkur üzrə ilin məşqçisi – Səmədov Oruc İslam oğlu – (2016-cı il ərzində yüksək səviyyəli beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərə görə) fəxri fərman ilə;

— Konkur üzrə ilin klubu – Elite Horse and Polo Klubu – (2016-cı il ərzində ölkə daxilində təşkil olunan yerli və beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərə görə) fəxri fərman ilə;

— İlin İdman kanalı – CBC Sport TV (2016-cı il ərzində ölkə daxilində təşkil olunan atçılıq tədbirlərinin işıqlandırılmasında göstərdiyi səylərə görə) fəxri fərman ilə

Təltif olunmuşlar.

Mükafatlandırma mərasimindən sonra “ Ukraynanın səsi” yarışmasının finalçısı Vaqif Nağıyevin “ Ümid yağışı” adlı solo konserti baş tutub.

175

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

15
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

15
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi

İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub

22
(Yenilənib 22:54 28.09.2020)
Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşlə onlayn görüşdə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

İlham Əliyev qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb. O, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etdiyini xatırladıb.

Dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır", - Azərbaycan Prezidenti deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

22