Поезд Stadler на бакинском железнодорожном вокзале

Azərbaycanda “ASAN Qatar” fəaliyyətə başlayacaq

68
"Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" konfransı keçirilib.

BAKI, 24 dek — Sputnik. “”ASAN Xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu bir modeldir. Azərbaycan bu sahədə uğurlu bir model tapıb”.

Sputnik-in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" konfransında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə daha da inkişaf edib: “Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən dövlət idarəetmə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. 4 il öncə yeni bir qurum – “ASAN Xidmət” yaradılıb. "ASAN Xidmət"in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın, dövlət orqanlarının fəaliyyətində elektronlaşmanı təmin etmək olub. “ASAN Xidmət” dövlət xidmətlərinin göstərilməsində yeni düşüncə tərzi gətirib. Nazirliklər, dövlət komitələri qarşılıqlı işbirliyi şəraitində çalışırlar. Hazırda 11 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Cənab prezidentin tapşırığı ilə 10 səyyar avtobus regionlarda vətəndaşlara xidmət göstərir. “ASAN Xidmət” mərkəzlərində 13 milyon vətəndaş müraciəti qeydə alınıb və bizim mərkəzlərdə vətəndaş məmnunluğu 98 faizdir".

Kərimov qeyd edib ki, yaxın vaxtlarda Bakıda Bakıda “ASAN Kommunal” mərkəzləri, habelə “ASAN Qatar” fəaliyyətə başlayacaq.

68

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

8
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

8
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

13
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

13