Zakir Həsənov

Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb

10
(Yenilənib 02:04 25.12.2016)
Nazirə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib

BAKI, 23 dek — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib. MN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, şəxsi heyətlə görüşən Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib. Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.

  • Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    © Foto: mod.gov.az
  • Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    © Foto: mod.gov.az
  • Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    © Foto: mod.gov.az
  • Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb
    © Foto: mod.gov.az
1 / 4
© Foto: mod.gov.az
Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb

10
Teqlər:
ön xətt, MN, Müdafiə Nazirliyi, İlham Əliyev, Azərbaycan, şəxsi heyət, nazir, prezident
Əlaqədar
Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
İsrail Azərbaycana raketdən müdafiə sistemi sata bilər
Müdafiə Nazirliyi Ermənistan tərəfinin yalanını ifşa etdi
Müdafiə naziri səfirlə görüşüb
Azərbaycan müdafiə xərclərini artırır
Özünü müdafiə məqsədilə tanışına 12 bıçaq vurdu
Azərbaycanın müdafiə naziri Rusiyaya gedib
Qaz plitəsi, arxiv şəkli

Bu rayonun da qışla bağlı problemləri həll olundu

3
(Yenilənib 14:33 26.09.2020)
Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir.

BAKI, 26 sentyabr — Sputnik. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə qaz açılışı təmin olunub.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, belə ki, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb. 153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 12 877 metr uzunluqda polad boru vasitəsi ilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir. Başqa sözlə, rayonda 21 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bundan da hal-hazırda 3-də qaz çəkilişləri davam etdirilir.

 

 

3
Məktəbli, arxiv şəkli

Azərbaycanda daha 10 şagirddə koronavirus aşkarlanıb

7
Daha 1 sinif distant təhsilə keçirilib. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

BAKI, 26 sentyabr - Sputnik. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Daha 1 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

7
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0