Azərbaycan silahlı güvvələri

Hərbi Hava Qüvvələrində yoxlamalar davam edir

16
Silahlanmadakı "İldırım" zenit-raket komplekslərindən döyüş atışları icra edilib

BAKI, 22 dek — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

  • Silahlanmadakı İldırım zenit-raket komplekslərindən döyüş atışları icra edilib
    Silahlanmadakı "İldırım" zenit-raket komplekslərindən döyüş atışları icra edilib
    © Foto: mod.gov.az

  • Была проверена боевая подготовка, практические навыки и возможности применения боевых средств в обстановке, максимально приближенной к боевой
    Была проверена боевая подготовка, практические навыки и возможности применения боевых средств в обстановке, максимально приближенной к боевой
    © Foto: mod.gov.az
1 / 4
© Foto: mod.gov.az
Silahlanmadakı "İldırım" zenit-raket komplekslərindən döyüş atışları icra edilib

Qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib. Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.

16
Teqlər:
yoxlama, Silahlı Qüvvələr, atışma, hərbi, döyüş, hücum, prezident
Əlaqədar
İsraillə Raket Hücumundan Müdafiə Sisteminin alqı-satqısına dair razılaşma əldə olunub
Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
İsrail Azərbaycana raketdən müdafiə sistemi sata bilər
Müdafiə Nazirliyi Ermənistan tərəfinin yalanını ifşa etdi
Müdafiə Nazirliyinin şəxsi heyəti Ümummilli Liderin xatirəsini yad edib
Müdafiə naziri səfirlə görüşüb
Azərbaycan müdafiə xərclərini artırır