Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"MDB-nin ən güclü dövrü indidir"

© Sputnik / Murad OrujovВидеомост Москва – Астана – Баку – Бишкек – Ереван – Кишинев – Минск на тему "25 лет Содружеству Независимых Государств: путь потерь и достижений"
Видеомост Москва – Астана – Баку – Бишкек – Ереван – Кишинев – Минск на тему 25 лет Содружеству Независимых Государств: путь потерь и достижений - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, Müstəqil Dövlətlər Birliyinin ən böyük itkisi Ukrayna oldu

BAKI, 21 dek — Sputnik. "Ən çətin dönəm MDB-ın formalaşmasının ilk 10 ili olub". Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Müstəqil Dövlətlər Birliyinin 25 ili: itkilər və nailiyyətlər" mövzusunda keçirilən Moskva-Astana-Bakı-Bişkek-Yerevan-Kişinyov video-körpüsündə, Federasiya Şurası Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Ramiz Mehdiyev - Sputnik Azərbaycan
Ramiz Mehdiyev MDB təhlukəsizlik şurasi katiblərinin iclasinda iştirak edib

Onun sözlərinə görə, 1991-ci ildə Sovet İttifaqı dağılanda və MDB yaradılanda çoxları düşünürdü ki, hər şey əvvəlki kimi qalacaq: "Əvvəl biz nə baş verdiyini anlamırdıq və hər kəs öz sərhədləri daxilinə qapanmışdı. Ən ağır dövr MDB-nin formalaşmasının ilk 10 illiyi idi. Hər dəfə müzakirələrin sayı azalırdı, görüşlərdə qəbul olunan qərarlar isə yerinə yetirilmirdi. Onlar görüntü xarakteri daşıyırdı".

Cabarov qeyd edib ki, MDB-nin ən güclü olduğu vaxt indidir: "MDB çərçivəsində biz əməkdaşlığımızı və ərazilərimizi qoruya bildik. Birliyin ən böyük itkisi isə Ukrayna itkisi oldu".

MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Andrey Kuşnirenkonun sözlərinə görə isə, MDB-in yaradılması zamanı dövlətlər arasında eyforiya hiss olunurdu: "Bu, iqtisadi romantizm dövrü idi. Biz hesab edirdik ki, hər bir ölkə dünyanın qlobal sisteminə inteqrasiya olunaraq uğurla təkbaşına inkişaf edə biləcək. İndi isə 25 illlik yubiley dövründə ölkələr anlayır ki, onlar birgə daha güclüdür".

Ekspertin fikrincə, 25 il ərzində bizim ölkələr rabitə, kənd təsərrüfatı, nəqliyyat, energetika və elmi-texnoloji sahədə öz əməkdaşlıqlarını inkişaf etdirib: "Bəs nəyi əldə edə bilmədik? Biz sənaye siyasətinin bir çox sahələrində çoxtərəfli əməkdaşlığa nail ola bilmədik. İkitərəfli əməkdaşlıqlar qorunub inkişaf etdirildi, lakin çoxtərəfli əməkdaşlıq və bir neçə dövləti əhatə edən regional zəncirlərin sayı çox azdır. Məhz çoxtərəfli əməkdaşlığın reallaşdırılması bizim birliyi dünya arenasında güclü bir oyunçuya çevirə bilər".

Politoloq Rasim Ağayevin sözlərinə görə isə, Azərbaycanın sözügedən birliyə qoşulması asan deyildi: "Biz buna kəskin daxili siyasi qarşıdurmadan sonra nail olduq. Çoxları buna qarşı nümayişlər edirdilər. Onların bəziləri elə indi də bunun düzgün addım olmadığını deyirlər".

"Bizim opponentlərin mövqeyi sadədir: Sovet İttifaqı dağıldı, Rusiya da çox dayana bilməyəcək və bu səbəbdən biz Türkiyə və Avropa İttifaqına üz tutub onlarla münasibətlərimizi yaxşılaşdırmalıyıq. Lakin Rusiya hər şeyə rəğmən dayandı və indi biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını görürük. MDB-nin gələcəyi ora daxil olan dövlətlərin iradəsindən asılıdır, amma burada əsas əhəmiyyəti Rusiya amili təşkil edir", — deyə Rasim Ağayev bildirib.

Xəbər lenti
0