BAKI, 12 dek — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev son zamanlar ölkəmizdə baş verən bir sıra məsələlərə aydınlıq gətirib. Sputnik xəbər verir ki, bir neçə gün əvvəl reket fəaliyyəti ilə əlaqədar saxlanılmış jurnalistlərdən bəhs edən DTX rəisi, son 10 ildə bəzi jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını deyib.
"Həmin jurnalistlər müəyyən vəzifəli şəxslərlə, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıblar və onlardan pul tələb ediblər. Bununla bağlı cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu işə hüquqi qiymət veriləcək", — deyə Quliyev bildirib.
O, bu il ərzində DTX-da aparılan təmizləmə işləri nəticəsində 500-dən artıq əməkdaşın xaric olunduğunu bildirib. Rəisin sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb.
Mədət Quliyev son dövrlər populyar olan "qara bazar"la bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, "qara bazar"la bağlı proseslər bütün dünyada gedir: "Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir".
"Təbii ki, burada da "qara bazar" var idi. Ölkə Prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib. Müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır. Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var", — Xidmət rəisi qeyd edib.
M. Quliyev ölkəmizə qarşı müxtəlif təhlükə və təhdidlərin olduğunu da deyib. O qeyd edib ki, ölkə Prezidentinin dəstəyi sayəsində milli təhlükəsizlik orqanları tərəfindən bütün bunların qarşısı lazımi səviyyədə alınır.
"Bölgələrdə qısa zamanda müxtəlif təhlükəsizlik əməliyyatları həyata keçirilib. Cinayətkarların, casusların məhv edilməsi istiqamətində tədbirlər görülür. Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşıblar və qətiyyətlə onların qarşısını alıblar", — DTX rəisi vurğulayıb.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.