Ofisiant, arxiv şəkli

Azərbaycanın 2025-ci ilə qədərki hədəfi: 150 min yeri

42
Respublikamızda 2025-ci ilə qədər ticari mal və xidmətlər sektorunda 150 min əlavə iş yerinin yaradılması nəzərdə tutulur.

BAKI, 9 dek-Sputnik. Azərbaycanda 2025-ci ilə qədər ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 150 min əlavə iş yerinin yaradılması nəzərdə tutulur.

Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd olunub.

Sənəddə bildirilir ki, vətəndaşlar üçün iş yerlərinin yaradılması daim dövlətin prioritetlərindəndir. Lakin bəzi sektorların iqtisadi təsir imkanları digərləri ilə müqayisədə daha genişdir. İxracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir.

Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da, adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır.

42
Teqlər:
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, iş yeri, prezident
Əlaqədar
Dövlətin strateji planı: 700 min ton pambıq, 400 min iş yeri
Səmədzadə: İlin 9 ayı ərzində 30 min iş yeri bağlanıb
İqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri təsdiq edilib
Döşəmədə kişi meyiti, arxiv şəkli

Məşhur prokurorun qaynını yaşadığı evdə qətlə yetiriblər

4
(Yenilənib 19:09 24.09.2020)
Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı yaşadığı evdə - Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qətlə yetirilib.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın paytaxtında növbəti qanlı cinayət baş verib.

Sputnik Azərbaycan-a Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

4
HHQ-nin təlim-döyüş uçuşları

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşlarından möhtəşəm görüntülər-VİDEO

6
(Yenilənib 19:33 24.09.2020)
Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

6
Teqlər:
hərbi təyyarə, döyüş, Azərbaycan Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi