Müdafiə naziri səfirlə görüşüb

© Sputnik / Murad OrujovMüdafiə naziri general-polkovnik Zakir Həsənov, arxiv şəkli
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

BAKI, 9 dek — Sputnik. Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın ölkəmizdəki səfirliyindən Macarıstanın Bakıdakı səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.

Bundan əlavə, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hərbi əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Müdafiə naziri diplomata Azərbaycanın NATO, eləcə də Macarıstanla əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Səfir də öz növbəsində Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xəbər lenti
0