МИНИСТЕРСТВО НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

Terror aktı törətmək istəyən şəxs məhv edilib

146
(Yenilənib 00:08 04.12.2016)
Terrorçu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib.

BAKI, 3 dek-Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Cami Emin Əzizağa oğlu məhv edilib.

O, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub. Bu ilin əvvəlində Emin Cami azadlığa çıxıb.

Onun yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Sputnik DTX-nın saytına istinadla xəbər verir ki, bununla əlaqədar, bu gün Bakı şəhərinin "Binə" ticarət mərkəzi yaxınlığında Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

146
Əlaqədar
DTX "reket jurnalist" şəbəkəsini ifşa edib
DTX Nardaran sakininin məxfi əməkdaşlığa cəlb edildiyini açıqlayıb