İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İKT sahəsinə verdiyi dəstəyə görə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinə təşəkkürünü bildirərək, onunla görüşün birgə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb

BAKI, 29 noy — Sputnik. Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib. Bu barədə Sputnik president.az-a istinadən xəbər verir.

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
"İstədiyimiz məqsədlərə nail olacağıq"

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016") sərgi və konfransının əhəmiyyətini vurğulayaraq, builki tədbirdə daha çox ölkənin öz stendləri ilə təmsil olunduğunu və yeni şirkətlərin iştirak etdiyini bildirib. Habelə, bunu ölkəmizə olan marağın göstəricisi kimi dəyərləndirib. Houlin Jao Prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsinə verdiyi böyük dəstəyi vurğulayaraq bu sahədə Azərbaycanın çoxsaylı tərəfdaşlarının olduğunu deyib.

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi, ölkəmizdə keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının artıq yaxşı bir ənənəyə çevrildiyini, bu tədbirin regionda bu tipli yeganə sərgi və konfrans olduğunu məmnunluqla qeyd edib. Dövlətimizin başçısı XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında yüzdən artıq şirkətin təmsil olunduğunu, ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxsaylı aparıcı şirkətlərlə tərəfdaşlıq əlaqələri qurduğunu deyib.

İlham Əliyev İKT sahəsinə verdiyi dəstəyə görə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaoya təşəkkürünü bildirərək, onunla görüşün birgə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Xəbər lenti
0