İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

İlham Əliyev Britaniya Baş nazirinin elçisini qəbul edib

21
Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

BAKI, 28 noy — Sputnik. Prezident İlham Əliyev noyabrın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik president.az-a istinadən xəbər verir ki, dövlət başçısı Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırlayıb.

Prezident ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif sahələrinədək şaxələndirilməsinin önəmini vurğuladı. İqtisadiyyatın şaxələndirilməsini ölkəmizin əsas məqsədlərindən biri kimi dəyərləndirən dövlətimizin başçısı xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bunun mühüm əhəmiyyət daşıdığını bildirdi. Prezident İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşlarımızla daha möhkəm əlaqələrin qurulmasının önəmini qeyd etdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson öz növbəsində prezident İlham Əliyev ilə son görüşünün uğurlu keçdiyini vurğuladı. Azərbaycan ilə əməkdaşlığa toxunan qonaq ölkəmizin müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edərək, London Fond Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirdi.

Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfransın keçirilməsini təklif edərək, dövlətimizin başçısının orada iştirakının əhəmiyyətli ola biləcəyini dedi. Dünya şöhrətli memar Zaha Hadidin ölkəmizdə həyata keçirdiyi layihənin uğurlu olduğunu məmnunluqla xatırlayan qonaq gələcəkdə digər layihələrlə bağlı bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

21
Teqlər:
Baronessa Nikolson, qəbul, İlham Əliyev, Böyük Britaniya, görüş, prezident
Əlaqədar
İlham Əliyev ABŞ Dövlət Departamentinin rəsmisini qəbul edib
İlham Əliyev Leonid Slutskini qəbul edib
İlham Əliyev Konqres nümayəndələrini qəbul edib
İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib
İlham Əliyev Ramiz Mehdiyevi sədr təyin etdi
İlham Əliyev cəbhə bölgəsinə səfər edib
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

2
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

2
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

18
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

18
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması