Azərbaycan XİN

Yapon jurnalist Azərbaycanın "qara siyahı"sından çıxarıldı

22
(Yenilənib 16:52 28.11.2016)
Yaponiya vətəndaşı, "Mainichi" xəbər agentliyinin əməkdaşı Hitoşi Omaenin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

BAKI, 23 noy — Sputnik. Yaponiya vətəndaşı, "Mainichi" xəbər agentliyinin əməkdaşı Hitoşi Omae, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Bu barədə Sputnik-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məktubunda o, işğal olunmuş ərazilərimizə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu bildirərək, səfər ilə bağlı təəssüfünü ifadə edib və səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib. H.Omae Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb.

Məktubda Hitoşi Omae, həmçinin ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq köməklik göstərilməsini xahiş edib.

Hitoşi Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

22
Teqlər:
Hitoşi Omae, "Mainichi" xəbər agentliyi, ərazi, məktub, Xarici İşlər Nazirliyi, XİN, Yaponiya, Azərbaycan
Əlaqədar
Azərbaycan Rusiyanın iki məşhur musiqiçisini "qara siyahı"dan çıxardı
Azərbaycan Kevin O'Konnel və Yannik Pelletiyerin adlarını "qara siyahı"dan çıxardı
"Qara siyahı"nın başında gələn Dövlət Komitəsi
Keçmiş səfir Azərbaycanın "qara siyahı"sına düşəcək
Adımız "qara siyahı"da: biz nə qədər azadıq?
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı