Ramiz Mehdiyev

Ramiz Mehdiyev MDB təhlukəsizlik şurasi katiblərinin iclasinda iştirak edib

19
Toplantıda MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və MDB ölkələrinin təhlükəsizlik şuralarının katibləri iştirak ediblər.

BAKI, 16 noy — Sputnik. Bu gün Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin dördüncü iclası keçirilib.

İclasda MDB ölkələrində sabitlik və təhlükəsizliyə təhdidlər fonunda regional qarşılıqlı fəaliyyətə dair aktual məsələlər müzakirə olunub. Qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyət,  milli təhlükəsizliyin təmin olunması maraqları baxımından miqrasiya qanunvericiliyinin gələcəkdə təkmilləşdirilməsi məsələsinə baxılıb. Beynəlxalq terrorçu və ekstremist təşkilatların, transmilli cinayətkar qruplaşmaların aktiv fəaliyyət göstərdiyi miqrasiya kanalları üzərində nəzarətin effektivliyinin yüksəldilməsinin vacibliyi qeyd olunub.

Tədbirdə antiterror əməkdaşlığı ilə bağlı müzakirə aparılıb. Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı fəaliyyəti haqda informasiya dinlənilib. Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunulub. İştirakçılar informasiya-kommunikasiya texnologiyalarından istisnasız olaraq ancaq dinc məqsədlərlə istifadənin tərəfdarı olduqlarını bildiriblər.

Toplantıda MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və MDB ölkələrinin təhlükəsizlik şuralarının katibləri iştirak ediblər. Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, onun müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər. 

19
 Smerç raketin fraqmetləri

Ermənistanın atdığı raketlərin buraxılışı peykdən müşahidə edilir

1
Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər

BAKI, 31 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq".

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı jurnalistin "Bu müharibə nə qədər davam edəcək?" sualına belə cavab verib:

"Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.

Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər.

İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var.

Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

1
Əlaqədar
İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: Erməni tərəfi cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsindən imtina edib
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"

Hikmət Hacıyev: "Bu Azərbaycan üçün dözülməzdir!"

14
(Yenilənib 14:38 31.10.2020)
Prezidentin köməkçisi deyib ki, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır.

BAKI, 31 oktyabr — Sputnik. "Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektlər bombardman edilib:

"Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olmuş, 400-dən artıq mülki şəxs yaralanmışdır. Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu dözülməzdir".

14
Əlaqədar
Ermənilər Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər
Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir - PA