İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib

İlham Əliyev Dubay Ticarət Sənaye Palatasının sədrini qəbul edib

25
(Yenilənib 16:10 16.11.2016)
Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayıb

BAKI, 16 noy — Sputnik. Prezident İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib. Sputnik pesident.az-a istinadən xəbər verir ki, ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər zamanı ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı.

İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub
© Official website of President of Azerbaijan Republic

Turizm sahəsində əməkdaşlığın önəminə toxunan Prezident İlham Əliyev artıq Birləşmiş Ərəb Əmirliklərindən çoxlu sayda turistlərin ölkəmizə səfər etdiyini vurğuladı. İqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən Prezident İlham Əliyev bu baxımdan idxal-ixrac imkanlarının araşdırılmasının önəmli olduğunu, Azərbaycanın müvafiq qurumları tərəfindən bu sahədə fəal iş aparıldığını dedi.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair qeyd etdi ki, Azərbaycan çox gözəl bir diyardır və buraya gələn turistlər insanların qonaqpərvərliyinin və xoş əhvali-ruhiyyəsinin şahidi olduqlarını deyirlər. O, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artmasını məmnunluqla qeyd etdi və turizm sahəsində əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

25
Teqlər:
Məcid Saif Al Qurair, Dubay Ticarət və Sənaye Palatası, İlham Əliyev, sədr, görüş, prezident
Əlaqədar
İlham Əliyev Ramiz Mehdiyevi sədr təyin etdi
Regiondakı vəziyyət və İlham Əliyevin Dmitri Kiselyova müsahibəsindəki mesajlar
Kiselyov: İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir
İlham Əliyev daha 4 səfirin etimadnaməsini qəbul edib
İlham Əliyev 4 ölkənin səfirlərinin etimadnaməsini qəbul edib
İlham Əliyev: Münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir
İlham Əliyev və Kolinda Qrabar-Kitaroviç mətbuata açıqlama verib
HHQ-nin təlim-döyüş uçuşları

Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşlarından möhtəşəm görüntülər-VİDEO

1
(Yenilənib 18:39 24.09.2020)
Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

https://www.youtube.com/watch?time_continue=9&v=qDnTN-ENFss&feature=emb_logo

1
Teqlər:
hərbi təyyarə, döyüş, Azərbaycan Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

2
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

2
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi
MDU, arxiv şəkli

Rusiyada oxumağa gedənlərə müjdə: kvota iki dəfə artırılacaq təqaüdlər gözlənilir

0
(Yenilənib 18:37 24.09.2020)
Rusiyanın "Rossotrudniçestvo" agentliyinin rəhbəri Yevgeni Primakov hesab edir ki, yaxın xaric və Baltikyanı ölkələrdən olan abituriyentlərə Rusiya universitetlərində pulsuz yerlərin verilməsi formatı islah olunmalıdır.

BAKI, 24 sentyabr — Sputnik, Aleksey Stefanov. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Primakov bu il iyunun sonunda "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. O, dərhal Rusiya agentliyinin fəaliyyətində ciddi dəyişikliklər vəd edib.

“Rossotrudniçestvo”nun yeni rəhbəri Rusiyanın ali məktəblərində xarici vətəndaşların təhsil alması üçün kvotaların ayrılması sistemini ağrılı mövzulardan biri kimi qeyd edib.

"Kvotaların sayı artacaq. Prezident deyib ki, onların sayı daha çox olacaq. 2023-cü ilə qədər kvotaların sayı iki dəfə artmalıdır. Amma biz Təhsil və Elm Nazirliyindən, Dövlət Dumasından olan həmkarlarımızla müzakirə edirik ki, kvota ilə bağlı söhbət özü o qədər də səmərəli deyil", – Primakov Sputnik agentliyinə bildirib.

O, Belarusu nümunə gətirib – bu ölkə üçün ali məktəblərdə çox sayda büdcə yerləri ayrılıb, lakin Rusiya üçün "hətta Polşa ilə rəqabət aparmaq çətindir".

"Polyaklar yalnız oxumağa imkan vermir, həm də bəzi təqaüdlər, tələbələr üçün qrantlar ayırırlar. Biz əgər uşaqlara yalnız gəlmək və oxumaq təklif ediriksə, rəqabət aparmaq çətindir. Sistemi təkmilləşdirmək lazımdır ki, müəyyən məqamda heç olmasa bu kvotaların bir hissəsində qrantlar və təqaüdlər komponenti olsun. Yalnız "gəl oxu" yox, həm də təyyarə bileti, ev və ya yataqxana haqqını ödəmək imkanı olmalıdır", – Primakov bildirib.

O deyib ki, "Rossotrudniçestvo" əcnəbi tələbələrin Rusiyaya gələrək təhsil aldıqları sahədə yüksək səviyyəli mütəxəssis və ekspert olmalarında, təhsil alandan sonra isə evə qayıdaraq orada onlar üçün əhəmiyyətli mövqe tutmasında, yaxşı işlərinin olmasında maraqlıdır. Lakin indiki sistemdə bu planları həyata keçirmək tez-tez mümkün olmur.

“Rusiyaya gələn uşaqlar var ki, onlar ağır şəraitə düşürlər, dalandar, taksi sürücüsü kimi işləməyə gedirlər. Bu, hətta bizim büdcə vəsaitlərimizin bu uşaqların təhsilinə xərclənməsi baxımından da düzgün deyil", – Primakov bildirib.

O, əlavə edib ki, hələ ki kvotaların ayrılması sistemində islahatların aparılması ilə bağlı aydın planlar yoxdur, problem hələ yalnız müzakirə olunur. Lakin Primakov əmindir ki, islahatsız artıq olmaz.

Xarici tələbələr üçün büdcə yerlərinin 15 mindən 30 minə artırılması məsələsi 2020-ci ilin əvvəlində Dövlət Dumasında geniş müzakirə olunub. Həmin vaxt Dumanın MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov 15 min yerin Rusiyanın beynəlxalq roluna və humanitar qüvvəsinə uyğun gəlmədiyini deyib. O da təkcə Belarus vətəndaşları üçün 10 min büdcə yeri ayıran Polşanı və hər il 5 min Moldova vətəndaşını pulsuz oxudan Rumıniyanı nümunə gətirib. Halbuki Rusiyada təhsil almaq üçün müraciət edən əcnəbilərin sayı 100 min nəfərə yaxındır. Nəticədə, Təhsil və Elm Nazirliyi əcnəbi tələbələr üçün kvotaların sayını 30 min nəfərə qədər artırmağı planlaşdırır.

 

0
Teqlər:
Rossotrudniçestvo, Yevgeni Primakov