Heydər Əliyev Mərkəzi

Bakıda KİV-lərin beynəlxalq konfransı keçirilir

47
Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi təşkil olunub

BAKI, 16 noy — Sputnik. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində, Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir. Sputnik president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir. Dövlət başçısı açılış mərasimində nitq söyləyib.

Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına — Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT — UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Konqresin sessiyalarında "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri — yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının — Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times" qəzetinin, "Al Arabiya" televiziyasının rəhbərləri, "Tripod Advisors", "News Corp", "PwC", "Axel Springer", "Stibo Accelerator" aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin "Xəbər", "Bayramlar" və "İdman" mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib. Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq. Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq, İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

İnformşuranın noyabrın 16-da keçiriləcək XXII Bakı iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

47
Teqlər:
AZƏRTAC, Heydər Əliyev Fondu, media, KİV, mətbuat
Əlaqədar
"Beynəlxalq media orqanları Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır"
"Azərbaycanın və İranın media nümayəndələrinin təmasları inkişaf etdirilməlidir"
Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb
Media nümayəndələrinin Qubada istirahəti təşkil edilib
Qərb mediası Avropaya köçə tamamilə biganə yanaşır

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

12
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

12
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

13
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

13
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19