Prezident İlham Əliyev və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın görüşü

Prezident vitse-prezidenti qəbul edib

25
(Yenilənib 17:40 14.11.2016)
Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

BAKI, 14 noy — Sputnik. Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Azərbaycana səfərə gəlib. Sputnik president.az-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Vençay Janqı qəbul edib.

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladı. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirdi. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini deyən dövlətimizin başçısı bank tərəfindən Azərbaycanda həyata keçirilən çox mühüm layihələrə, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsinə verilən dəstəyə görə Vençay Janqa minnətdarlığını bildirdi.

İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra digər sahələrdə də əməkdaşlığına toxunan dövlətimizin başçısı birgə həyata keçirilən infrastruktur layihələrinin əksəriyyətinin artıq başa çatdırıldığını bildirdi. Qurumla əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri, həmçinin son illərdə görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd etdi.

Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd etdi. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, "Cənub Qaz Dəhlizi" və "Şahdəniz" kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğuladı.

Görüşdə Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin, o cümlədən Şimal-Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi və digər layihələrin önəmi vurğulandı, 2017-2019-cu illərdə ölkəmizə dair bu cür layihələrin həyata keçirilməsinin bankın kreditləşmə proqramına daxil edilməsindən məmnunluq ifadə edildi.

25
Teqlər:
Vençay Janq, Asiya İnkişaf Bankı, vitse-prezident, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
İlham Əliyev cəbhə bölgəsinə səfər edib
İlham Əliyev: Ümid edirəm, Azərbaycan-ABŞ münasibətləri bundan sonra da inkişaf edəcək
İlham Əliyev yeni universitetin yaradılmasına qərar verib
Regiondakı vəziyyət və İlham Əliyevin Dmitri Kiselyova müsahibəsindəki mesajlar
Kiselyov: İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir
İlham Əliyev daha 4 səfirin etimadnaməsini qəbul edib
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

16
(Yenilənib 22:37 27.11.2020)
"İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır

BAKI, 27 noyabr — Sputnik. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaq. Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, iki qurum tərəfindən "Gənclərin dayanıqlı məşğulluq proqramı"na start verilməsi və bu proqram çərçivəsində "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası", "Biznesini Yarat Marafonu", "Peşəkar Gənclik Layihəsi"nin həyata keçirilməsi planlaşdırılır.

Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və iki qurumun əməkdaşları iştirak ediblər.

Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə "Gənclərin dayanıqlı məşğulluq proqramı" və proqram çərçivəsində həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.

16
Teqlər:
əməkhaqqı, biznes, , dəstək, iştirakçı, qazi, Qarabağ, Vətən müharibəsi
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi