Azərbaycan ordusu irimiqyaslı təlimlərə başlayıb

117
(Yenilənib 11:54 12.11.2016)
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub

BAKI, 12 noy — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub. Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

  • Azərbaycan ordusu irimiqyaslı təlimlərə başlayıb
    Azərbaycan ordusu irimiqyaslı təlimlərə başlayıb
    © Foto: mod.gov.az

1 / 9

Teqlər:
döyüş tətbiqi, Ali Baş Komandan, Silahlı Qüvvələr, İlham Əliyev, Azərbaycan, ordu
Əlaqədar
Cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb
Azərbaycan Ordusu irimiqyaslı təlimlər keçirəcək
Hərbi Hava Qüvvələrinin yeni Təlim Məşq Poliqonu istifadəyə verilib
Türk ordusunun təlim keçdiyi peşmərgə İŞİD-ə ağır zərbə vurub
Zakir Həsənov təlim-atış mərkəzində olub
Xəzərdə taktiki təlimlər keçirilib