Erməni yazar Vahe Avetyan Bakıda, 8 noyabr 2016-cı il

Erməni yazar: "Xocalı abidəsinin qarşısında baş əydim"

149
(Yenilənib 15:03 08.11.2016)
Vahe Avetyan: "Bizə beynəlxalq təşkilatlar lazım deyil, öz problemlərimizi özümüz həll edə bilərik. Sülh niyyətli yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır"

BAKI, 8 noy — Sputnik. "Mən bura həm bir yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Burada bir neçə məcburi köçkünlə görüşdüm, Xocalı abidəsini ziyarət etdim. Mən Xocalı abidəsinin, günahsız insanların qarşısında baş əymişəm".

Sputnik xəbər verir ki, bu fikirlərin müəllifi Bakıda səfərdə olan erməni yazar Vahe Avetyandır. Bir həftə əvvəl Bakıya gələn Avetyan Ermənistandan olan siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir. O, hazırda İsveçdə yaşayır.

Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış mövzusunda beynəlxalq konfrans
© Sputnik / Murad Orujov
"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans

Avetyan Xocalı soyqırımına görə qurbanların yaxınlarından açıq şəkildə üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir. O, bu gün Bakıda keçirilən "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfrans Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub. Forumun prezidenti Rauf Zeyni deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir. Bu səbəbdən də, beynəlxalq konfransa "Meridian" qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan da dəvət edilib.

Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Martirosyan
© Sputnik / Murad Orujov
Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Bakıdakı konfrans zamanı. 8 noyabr 2016-cı il

"Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində əlverişli zəmin kimi" mövzusunda keçirilən panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov isə deyib ki, hazırda Ermənistanda baş verən hadisələr siyasətin sabit olmadığını göstərir. Bu baxımdan, vətəndaş cəmiyyətinin bu müzakirələri münaqişənin həllinə böyük töhfə verə bilər.

Erməni yazar Vahe Avetyan bir həftədir Azərbaycanda olduğunu bildirib və qonaqpərvərliyə görə təşəkkür edib. "Mən bura həm bir yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Burada bir neçə məcburi köçkünlə görüşdüm, Xocalı abidəsini ziyarət etdim. Mən Xocalı abidəsinin, günahsız insanların qarşısında baş əymişəm" — deyən Avetyan bu forum nəticəsində siyasətçilərin, QHT rəhbərlərinin, fəalların qərar verə biləcəklərini söyləyib.

Rizvan Hüseynov
© Sputnik / Murad Orujov
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov

"Burada uzun illər dostluq etdiyim insanlar var. Bu məsələni ancaq biz həll edə bilərik. Çünki indiki gənclərdə kin, qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, öz problemlərimizi özümüz həll edə bilərik. Sülh niyyətli yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim Azərbaycana sonuncu səfərim olmayacaq. Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim. Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var" — deyə Avetyan əlavə edib.

149
Teqlər:
Vahe Avetyan, Xocalı, Ermənistan, yazıçı, erməni
Əlaqədar
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyada görüşü olacaq
"Hazırkı Ermənistan ərazisi Azərbaycan torpaqları olub"
XİN: Ermənistan Azərbaycan ərazilərinin anneksasiyası məqsədini güdür
Ermənilər atəşkəsi pozublar
Azərbaycanlı karateçi erməni rəqibini məğlub etdi
Azərbaycan ordusu erməni təxribatının qarşısını alıb
"Azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar"

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

11
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

11
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

6
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

6