İlham Əliyev

"Azərbaycan teatrının ləyaqətli tarixi var"

22
İlham Əliyev: "Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq"

BAKI, 8 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Teatr və multikulturalizm" mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına məktub ünvanlayıb. Sputnik prezident.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli konfrans iştirakçıları! Sizi — dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşmış görkəmli teatr peşəkarlarını səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və xalqımızın həyat tərzi olan multikulturalizm şəraitində siz müzakirəsinə toplaşdığınız bir çox məsələlərin həllinə nail olacaq və sülh, qardaşlıq çağırışı olan multikulturalizm ideyalarını teatr kimi möhtəşəm mədəniyyət amilinin köməyi ilə dünyaya yayacaqsınız.

Azərbaycan teatrının ləyaqətli tarixi var. Belə ki, XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verir, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradır. Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mənəvi iqlimi şəraitində yaranmışdır.

144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində artıq dördüncü dəfədir Beynəlxalq Teatr Konfransı keçirir. Sevindirici haldır ki, builki Konfrans respublikamızda elan olunmuş "Multikulturalizm ili" tədbirləri sırasındadır və Azərbaycan multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında da tanınmasına öz töhfəsini verir.

Təqdirəlayiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının "Teatr və multikulturalizm" mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səyləri birləşdirməkdən ibarətdir. Bu, çox nəcib və xeyirxah əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir.

Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu Konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasındakı mədəni-dostluq tellərini daha da möhkəmləndirəcəklər.

Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm".

22
Teqlər:
"Teatr və multikulturalizm", multikulturalizm, teatr, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
"Multikulturalizm" adlı fənn artıq bütün universitetlərdə tədris ediləcək
Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər
"Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir"
"Multikulturalizm region xalqlarının həyatını daha da yaxşılaşdıracaq"
Polis Akademiyasında multikulturalizm fənni tədris ediləcək
Azərbaycan multikulturalizminə dair silsilə kitablar dərc olunacaq
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Dalğalar

Xəzərdə dalğaların hündürlüyü 5 metrə çatıb - Faktiki hava

4
(Yenilənib 12:06 04.08.2020)
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

BAKI, 4 iyul – Sputnik. Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 4-ü  səhərədək olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

4