İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib

"Hazırkı Ermənistan ərazisi Azərbaycan torpaqları olub"

116
Tarix İnstitutunun hazırladığı "İrəvan xanlığı" kitabı ərəb dilində nəşr olunub

BAKI, 7 noy — Sputnik. Noyabrın 6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə, Milli Kitabxanada "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib. Sputnik xəbər verir ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru isə BDU-nun dosenti Gülnur Mahmuddur.

Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. K. Tahirov bu kitabın indiyədək bir sıra dillərə — ingilis, rus, rumın, italyan və ispan dillərinə tərcümə olunduğunu qeyd edib.

Sonra söz mədəniyyət və turizm nazirinin müavini, professor Ədalət Vəliyevə verilib. Ə.Vəliyev qeyd edib ki, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair xeyli miqdarda fundamental əsərlər işıq üzü görüb və o, "İrəvan xanlığı" kitabının tariximizlə bağlı çox önəmli əsər olduğunu diqqətə çatdırıb.

  • İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib
    "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib
    © AZƏRTAC
  • İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib
    "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib
    © AZƏRTAC
  • İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib
    "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib
    © AZƏRTAC
1 / 3
© AZƏRTAC
"İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib

Tarix İnstitutunun direktoru Y. Mahmudov çıxışında nəşrin tarixi əhəmiyyətindən ətraflı söz açıb: "Bu gün təqdimat mərasimi keçirilən "İrəvan xanlığı" əsəri də dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yazılmış və müxtəlif dillərə tərcümə olunmuşdur. Fundamental tədqiqat əsərində ermənilərin bu torpaqların guya yerli əhalisi olması iddiası ölkəmizdə və xaricdə saxlanılan çoxsaylı arxiv materialları, rəsmi dövlət sənədləri, o cümlədən erməni mənbələrinin özündən gətirilmiş faktlarla ifşa edilib".

"Hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda — İrəvan xanlığının ərazisində cərəyan edib", — deyə institut direktoru bildirib.

Tarixçi-alim çıxışında qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər.

Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, BDU-nun dosenti Gülnur Mahmud və b. İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Tədbirdə bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. Qeyd edək ki, indi institutun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur.

Xatırladaq ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış "İrəvan xanlığı" kitabı 2012-ci ildə "Azərbaycan Respublikasının Dövlət mükafatı"na layiq görülüb.

116
Teqlər:
ərazi, İrəvan, Ermənistan, tarix, Azərbaycan
Əlaqədar
XİN: rəsmi İrəvanın açıqlamaları münaqişənin əsl mahiyyətini təhrif edir
"Artıq İrəvanı geri almaq zamanıdır"
"Moskva başa düşür ki, bütün məsuliyyət İrəvanın üzərinə düşəcək"
İrəvanda referendum saxtakarlıqları əleyhinə yürüş başlayıb
Ermənistan İrəvandakı Göy məscidi 99 illiyə İrana verib
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Rusiya Qarabağa görə yeni PUA yaradır

30
(Yenilənib 23:25 05.12.2020)
"Uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub

BAKI, 5 dekabr — Sputnik. Noyabr ayında Rusiya müəssisələri "son yerli qarşıdurmaların təcrübəsinin təhlilini" nəzərə alaraq, düşmən pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün hazırlanmış pilotsuz uçuş aparatı (PUA) yaratmağa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına  istinadla xəbər verir ki, məlumata görə, "uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub.

Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

Xatırladaq ki, noyabr ayında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makienko Qarabağdakı son münaqişəni şərh edərkən Rusiyanın məğlub tərəf olduğunu qeyd edərək bildirib ki, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın sahib olmadığı üçüncü nəsil tank əleyhinə raket sistemləri və kamikadze dronlarına sahibdir.

30
Teqlər:
Azərbaycan, Qarabağ, istehsal, Rusiya, PUA
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq