“Ocaq” dini təliminin bayrağı

Bakıda populyar təlimin ardıcılları həbs edildilər

751
(Yenilənib 13:52 02.11.2016)
Hüquq-mühafizə orqanları Biləcəri qəsəbəsindəki məktəblərdən birində bir qrup gəncin vətənpərvərlik mövzusunda mühazirə oxumaq istəməsi siqnalı aldıqdan sonra təhqiqata başlayıblar.

BAKI, 2 noy – Sputnik. Xalq arasında Asif Ata kimi tanınan Asif Əfəndiyevin təliminin davamçıları ilə ölkənin hüquq-mühafizə orqanları maraqlanıblar.

DİN Mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsində sıralarına gəncləri cəlb etmək istəyən “Ocaq” dini təliminin işi üzrə istintaq aparılır. Bu barədə Sputnik-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hüquq-mühafizə orqanları bu istintaq işinə Biləcəri qəsəbəsindəki məktəblərdən birində bir qrup gəncin vətənpərvərlik mövzusunda mühazirə oxumaq istəməsi siqnalı aldıqdan sonra başlayıblar.

“Ocaq” dini təliminin üzvləri
© Photo : İman Evi jurnalından scan
“Ocaq” dini təliminin üzvləri

Məktəbin direktoru mühazirə deyənlərin Asif Əfəndiyevin “İnam evi” təliminin davamçıları olduqlarından şübhələnməyib və mühazirəyə razılıq verib. Təlimçilər yuxarı sinif şagirdlərinə “İnam evi” jurnallarını paylayıblar. Jurnalda Azərbaycan alimlərindən bəhs edilsə də, 25-ci kadr kimi “Mütləqə İnam” təlimi təbliğ olunur. Direktor bundan xəbər tutan kimi Binəqədi rayon polis idarəsinə məlumat verib.

Təlimə əsasən, Asif Ata yeni Mütləqə İnam təliminin peyğəmbəridir. Davamçılar özlərini “Atanın övladları” adlandırırlar. Maraqlıdır ki, jurnalda Əfəndiyevin yazışmalar üçün təklif etdiyi xüsusi əlifba (Orxon-Yenisey əlifbası-red.) da var. Bu gün davamçılar öz aralarında yazışma üçün bu əlifbadan istifadə edirlər.

Məlumdur ki, əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşları külli miqdarda ədəbiyyat və təlimçilərin üzvlük biletlərini müsadirə ediblər. Müsadirə olunan ədəbiyyat Dini qurumlarla iş üzrə dövlət komitəsinə ekspertizaya göndərilib. Kitablarda həyatın mənası və azərbaycanlıların mənşəyi barədə geniş fikirlər var. Burada “biz kimik?” sualına cavab tapmağa çalışılır.

Asif Əfəndiyevin təlimində istifadə olunan əlifba
© Photo : İman Evi jurnalından scan
Asif Əfəndiyevin təlimində istifadə olunan əlifba

Hazırda istintaq bu təlimin kim tərəfindən maliyyələşdirildiyini və Azərbaycanda nə qədər davamçısının olduğunu aydınlaşdırmağa çalışır.

Qeyd edək ki, Asif Əfəndiyev 1935-ci ildə anadan olub. 1979-cu ildə o “İnam Evini” yaradıb. “İnam Evi” sovet vaxtı klub şəklində fəaliyyət göstərib. 

751

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

16
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14