Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir

© Sputnik / Murad OrujovBakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir
Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edirlər.

BAKI, 1 noy — Sputnik. Noyabrın 1-də Bakıda, Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.

Sputnik xəbər verir ki, Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrində fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən prezident Vladimir Putinin məktubu oxunub.

Tədbir çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Xəbər lenti
0