Ləkit şəlaləsi

Bu şəlalə onu görənləri heyran edir

1076
(Yenilənib 10:35 01.11.2016)
Turistlər bu kəndə həm şəlaləyə baxmaq, həm də kilsəni ziyarət etmək üçün gəlirlər

Bakı, 26 oktyabr — Sputnik. Azərbaycan öz təbiəti və qədim tarixi abidələri ilə hər zaman insanları təəccübləndirir. Ölkəmizdə analoqu olmayan bir şəlalə də var ki, yay aylarında ölkənin hər yerindən onu ziyarətə gedirlər. Ölkəmizə gələn xarici turistlər arasında da bu şəlalə son illərdə populyarlaşıb. Qaxa yolu düşən hər kəs, mütləq oranı ziyarət edir. Çünki bənzərsiz təbii gözəlliyi və ətrafa yaydığı sərinliyi ilə bu şəlalə xüsusi harmoniya təşkil edir. Söhbət Azərbaycanın şimalında yerləşən Qax rayonu ərazisindəki Ləkit damcılı şəlaləsindən gedir. El arasında ona mamırlı şəlalə də deyilir. Çünki bu, üzərini mamır örtmüş qayanın üzərinə dağın başından süzülüb gələn suyun ətrafa şəlalə və bəzən də damcılar şəklində süzülməsi nəticəsində yaranıb. Dağ çaylarında su bol olanda, bu şəlalənin də suyu bol olur, amma su azalanda o, damcılar şəklində süzülməyə başlayır ki, bu da ona bənzərsiz gözəllik bəxş edir. Qış aylarında bu şəlalə adətən donur.

Ləkit şəlaləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.

  • Qax rayonu ərazisindəki Ləkit damcılı şəlaləsi
    Qax rayonu ərazisindəki Ləkit damcılı şəlaləsi
    © Sputnik / Shahperi Abbasova
  • Dağ çaylarında su bol olanda, bu şəlalənin də suyu bol olur, amma su azalanda o, damcılar şəklində süzülməyə başlayır ki, bu da ona bənzərsiz gözəllik bəxş edir
    Dağ çaylarında su bol olanda, bu şəlalənin də suyu bol olur, amma su azalanda o, damcılar şəklində süzülməyə başlayır ki, bu da ona bənzərsiz gözəllik bəxş edir
    © Sputnik / Shahperi Abbasova
  • Qış aylarında bu şəlalə adətən donur
    Qış aylarında bu şəlalə adətən donur
    © Sputnik / Shahperi Abbasova
1 / 3
© Sputnik / Shahperi Abbasova
Qax rayonu ərazisindəki Ləkit damcılı şəlaləsi

Qeyd edək ki, Ləkit qədim tarixi olan kənddir. Burada dağ başında yerləşən qədim alban məbədləri onun qədimliyini isbat edən cəhətlərdən biridir.

Kəndin yaşayış məntəqəsindən üzü dağın yüksəkliyinə doğru 1 km məsafədə yerləşən kilsə və onun yardımçı tikililərinin tarixi IV-VI əsrlərə gedib çıxır. Bu tikililərin inşaat və memarlıq üslubu erkən orta əsrlərin məbəd kompleksi ilə həmahənglik təşkil edir.

Tarixçi Məcid Mehraninin sözlərinə görə, qədimdə məbədləri yüksəkliklərdə, dağlardakı yamaclarda, ya da dağdakı meşəlikləri təmizləyərək tikirdilər. Bu əski inanca görə "Allaha daha yaxın olmaq" üçün və "Allahın himayə etdiyi etibarlı yer" kimi seçilirdi. Amma o da var ki, keçmişdə yadellilərdən qorunmağın ən yaxşı yolu elə yüksəklikdə məskən salmaq idi.

"Belə məbədlərdə çox vaxt keşikçi, yaxud müşahidəçi məntəqələri müşahidə olunur ki, bu da təsadüfi deyil. Məbədin yerləşdiyi əraziyə gələn qonaqları, yaxınlıqdan keçən yolçuları, yaxud da düşmən niyyətli yadelliləri müşahidə etmək, onların gəlişi barədə məbəddəki kahinlərə xəbər vermək, ya da önləyici tədbirlər görmək üçün bu vacib idi" — deyə M.Mehrani bildirib.

O həmçinin qeyd edib ki, uzun illər diqqətdən kənar qaldığından bu məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində Pyotr Dmitriyeviç Baranovskinin rəhbərliyi altında aparılıb. Məbədin ətrafı meşəlikdən təmizlənib və dağılmaqda olan divarları qismən bərkidilib.

Baranovski bu kilsəni VII əsrə aid etsə də, yerli tarixçilər onun VI əsrin ortalarında tikildiyini bildirirlər.

Tarixçi isə qeyd edib ki, Ləkit məbədinin təqribən IV əsrdə kilsəyə çevrildiyi güman edilir. O, kilsəyə çevrilməmişdən daha əvvəl xristianlığaqədərki dinlərin təmsilçilərinin inanc, ibadət yeri olub. Buradakı kiçik hücrələrin çoxluğu, məbəd ərazisinin zamanına görə genişliyi bir çox tarixçilərdə o qənaəti hasil edib ki, bura həm qədim yaşayış məskəni, həm də müqəddəs məbəd olub.

Qeyd edək ki, Ləkit şəlaləsini ziyarət edənlər bu məbədi də mütləq ziyarət edirlər. Xüsusilə Gürcüstandan gəlmiş gürcü ziyarətçilər Ləkit məbədinə xüsusi maraq nümayiş etdirir, bura gələrək xristian ibadətlərini həyata keçirirlər.

Kənd sakinlərinin dediyinə görə, sözügedən şəlalə və məbəd barədə yerli əhalidə çoxdan məlumatlar olub. Lakin oranın yolu keçilməz meşəlik və kolluq olduğundan, daha əvvəl camaatın diqqətini cəlb etməyib. Kənd sakini Nurlan Məmmədəliyevin sözlərinə görə, bu dağlara, meşəliklərə insan ayağı nadir hallarda dəyirmiş. Dağdakı meşəliyə bitki, meyvə yığmağa gedənlər, odunçular, ya da çobanlar geri qayıdanda rastlaşdıqları bu mənzərələr və məbədlər barədə kənd camaatına xəbər verirlərmiş. Amma heç kim oranın yolunu açmaq və ora turistləri cəlb etmək barədə düşünməyib. Amma sonralar yerli camaat ora ayaq açıb. Meşəlikləri kol-kosdan təmizləyərək şəlalənin və məbədin ətrafında özləri üçün otlaq və bağ salıblar. Beləcə oralara yol açılıb. Sonra isə tədricən turistlər gəlməyə başlayıb.

Əlavə edək ki, Ləkit sözü qədimdə həmin ərazidə yaşamış lək tayfalarının adından götürülüb. Ləkit əhalisinin bir hissəsi muğallar adlanır (moğollar) və türkcə danışırlar. Digər hissəsi isə, Qafqazın dağlı tayfalarından birinin dilində danışırlar. Onları ləzgi adlandırsalar da, özləri dillərinin Dağıstan ləzgilərinin dilləri ilə üst-üstə düşmədiyini bildirirlər.

1076
Teqlər:
Qax Təbiət Abidəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Ləkit, Məcid Mehrani, Qax
Əlaqədar
Altında oğurlanmış tarix yatan məbəd
Bu gözəlliyi görmək üçün iki göz azdır...
Gözəlliyi ilə göz oxşayan Göygöl
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

35
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

35
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Poz verən qadınlar, arxiv şəkli

Əvvəldən idi hüsnü-camalı... ya ucuz iynə ilə burun itirənlər

76
(Yenilənib 21:53 29.11.2020)
"Qan burun damarında dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə burunun formasının əməliyyatsız dəyişdirilməsi ilə bağlı kosmetoloji xidmətlər təklif olunur. Burun korreksiyası adlanan bu xidmətə tələbat, demək olar ki, xeyli yüksəkdir. Rinoplastika əməliyyatı etdirməyə maddi imkanları olmayan və buna risk etməyən şəxslər kosmetoloqlara üz tutaraq burunlarını korreksiya etdirirlər. Bu kosmetoloji xidmətə günü-gündən artan maraq fəsadları ilə bağlı şikayətləri də artırıb. Sosial şəbəkələrdə burun korreksiyasından sonra burun nayihəsi nekrozlasan qadınların çoxsaylı şəkilləri yayılır. Onlar kosmetoloqlar tərəfindən burun korreksiyası etdirdikdən sonra burunlarının çürüdüyündən şikayətlənirlər. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq bu sahədə tanınmış kosmetoloq, Ay VİP Studionun direktoru Aytac Əsədova ilə söhbətləşib.

- Aytac xanım, son vaxtlar burun korreksiyası bir növ dəbə düşüb. Bu kosmetoloji xidmətdən yararlananlar arasında burnunun çürüməsindən şikayətlənənlər də az deyil. Bu kosmetoloji xidmət və onun fəsadları haqqında oxucularımıza məlumat verərdiniz...

- Bu aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, burun korreksiyası adlandırdığımız kosmetoloji xidmətə tələbat, doğrudan da çoxdur. Gün ərzində biz bəzən 20 belə şəxs qəbul edirik. Onlar arasında təkcə burnunun görünüşündə dəyişiklik etmək istəyənlər yox, rinoplastik əməliyyata müraciət edənlər də var. Bəzən rinoplastik əməliyyat etdirəndən sonra burnun ucunda sallanma olur. Ona görə də, xüsusilə xanımlar kosmetoloqlara müraciət edib burunlarında yaranmış bu qüsurları aradan qaldırmaq üçün burun korreksiyası etdirirlər. Amma qeyd etdiyiniz kimi, bu heç də hər kəsdə uğurlu alınmır. Hətta deyərdim ki, bəzən çox böyük fəsadlara, burnun nekrozlaşmasına gətirib çıxardır.

- Burun korreksiyası zamanı nekrozlaşmaya səbəb olan amil nədir?

- Qeyd etdiyim kimi, burnun formasında dəyişiklik üçün müxtəlif nayihələrə gel vurulur. Bəzən insanlar buna adi kosmetoloji xidmət kimi yanaşırlar. Amma əslində bu çox böyük peşəkarlıq tələb edən kosmetik xidmətdir. Mən öz tələbələrimə də deyirəm ki, burun korreksiyası və işıq dolğusu sizin ən sonda edəcəyiniz iş olmalıdır. Çox təəssüf ki, üz anatomiyasından xəbərdar olmayan, iynə vurmağı bacarmayan şəxslər bu gün kosmetoloq həkim kimi fəaliyyət göstərirlər. Əzələyə iynə vurmağı bacarmayan insanın çox sayda damarın keçdiyi burun nayihəsinə iynə vurması çox təhlükəlidir. Onlar iynəni buruna vurarkən müəyyən tibbi prosedurlara əməl etməlidirlər. İynə buruna yeridildikdən sonra geri çəkilməlidir. Biz şprisin burunda damara düşmədiyinə əmin olmalıyıq. Naşı kosmetoloqlar bunu bilmirlər. Onlar şprisin içindəki geli buruna yeridirlər. Bu zaman həmin gel damara daxil olur. Beləcə damarda qanın dövr etməsinin qarşısını alır. Qan həmin nayihədə damarda dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir.

- Dediklərinizdən belə bəlli olur ki, bu əslində çox riskli bir kosmetik xidmətdir. Bəs bunun müalicəsi mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Amma vaxtında müraciət etmədikdə çox böyük fəsadlar verə bilər. Biz öncə müalicə edərək burun damarına vurulmuş o geli əridib damardan kənarlaşdırmalıyıq. Əks halda çürümənin qarşısını almaq çətin olar.

- Bu xidmətdən yararlanan qadınlara bir peşəkar kimi nə tövsiyə edərdiniz?

- İlk tövsiyəm odur ki, burun korreksiyası ilə bağlı müraciət etdikdə kosmetoloqun peşəkarlığına əmin olsunlar. Bu gün müxtəlif kosmetoloqlar öz Instagram səhifələrində qüsursuz burunları fotoşopla düzəldərək öz əl işləri kimi səhifələrdə yayırlar. Bu şəkilləri görən qadınlar hesab edirlər ki, bu qüsursuz burun onların əl işləridir. Beləcə, aldanaraq burun korreksiyası etdirirlər. Bu zaman fəsadlar ortaya çıxır.

- Burun korreksiyası üçün kosmetoloq hansı biliklərə malik olmaldır?

- İlk növbədə kosmetoloqun mütləq şəkildə tibbi təhsili olmalıdır. Dünən dırnaq qaynaq edənlər, lazer edənlər burun korreksiyası xidməti təklif edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Kosmetoloq hansısa sertifikatı alıbsa, bu onun peşəkarlığına dəlalət etmir. Kosmetoloq həkim kimi fəaliyyət göstərənlərin mütləq şəkildə tibbi biliyi olmalıdır. Bu bilikləri olmasa, onlar, əlbəttə ki, iynəni üzün hansı nahiyəsindən vurmağın fəsadlara səbəb olacağını bilməyəcəklər. Çox təəssüf ki, bu gün adi evdar qadınlar da işsizlik problemlərini həll etmək üçün kosmetoloq kimi fəaliyyət göstərirlər. Bu da qeyd etdiyiniz fəsadların yaranmasına gətirib çıxarır.

- Müasir dövrümüzdə xanımlara göstərilən kosmetik xidmətlərin çeşidi günü-gündən artır. Gözəlləşmək üçün bu yenilikləri sınaqdan keçirənlər arasında arzusuna çatanlar da olur, əks effekt görənlər də. Bu gün ən çox fəsadlar hansı kosmetik xidmətlər zamanı baş verir?

- Dolğulardan istifadəyə günümüzdə tələbat yüksəkdir. Amma çalışmalıyıq ki, istifadə edilən kosmetik məhsullar keyfiyyətli olsun. Biz Səhiyyə Nazirliyinin yoxlamasından keçən kosmetik vasitələrdən yararlanırıq. Bəzən bizim mərkəzin qapısını döyüb aşağı qiymətə müxtəlif kosmetoloji məhsullar təklif edənlər olur. Amma biz onları qəbul etmirik. Bu məsələ həm də kosmetoloqun insafına bağlı məsələdir. Çox arzu edərdim ki, bu məsələyə aidiyyatı qurumlar tərəfindən nəzarət artırılsın. Tibbi təhsili olmayanların kosmetoloq kimi fəaliyyətinə icazə verilməməlidir. Bu zaman biz kosmetik xidmətlərlə bağlı fəsadlara, şikayətlərə də az rast gələrik.

76
Teqlər:
dəb, rinoplastika, çürümə, gözəllik salonu, Bakı, kosmetoloq, iynə, gel, burun
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona