“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov

Kiselyov: İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir

3206
(Yenilənib 14:58 28.10.2016)
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-a və AzTV-yə müsahibə verib.

BAKI, 28 okt — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ilə bir neçə dəfə görüşmüşəm və o, məndə dünya miqyaslı dövlət xadimi təəssüratı yaradıb. Avropada belə dövlət xadimlərinə az-az rast gəlinir. Elə Prezident İlham Əliyevin reytinqinin yüksək olması da bunu göstərir. Azərbaycanın prezident sarıdan bəxti gətirib. Elə Rusiyanın da indiki prezidenti baxımından bəxti gətirib.

Bu sözləri “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib. 

Bu günlərdə Azərbaycan prezidentindən müsahibə almış jurnalist dövlətimizin başçısını müstəqil siyasət yürüdən, eyni zamanda, ətraf dövlətlərlə də mehriban qonşuluq münasibətləri yarada bilən uzaqgörən siyasi xadim kimi səciyyələndirərək deyib: “Prezident İlham Əliyev ilə ünsiyyət məndə dərin təəssürat doğurdu. O, müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam adamdır. Düşünürəm ki, İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir. O, heç kimin – nə Rusiyanın, nə ABŞ-ın, nə də Türkiyənin diktəsi ilə hərəkət etmir. Eyni zamanda, qonşu ölkələrlə mədəni əlaqələri, dostluq və qardaşlıq münasibətlərini də nəzərdən qaçırmır”.

Siyasi arenada yaranan İran-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Rusiya üçlüklərinin regional problemlərin həllində yeni perspektivlər açdığını qeyd edən rusiyalı jurnalist prezident İlham Əliyevin regional lider kimi yeni ideyalarla çıxış etdiyini də diqqətə çatdırıb.

3206
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Şuşa şəhəri, arxiv şəkli

Şuşada yeni məktəb tikiləcək

16
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

16