İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev daha 4 səfirin etimadnaməsini qəbul edib

44
(Yenilənib 11:45 27.10.2016)
Ölkəmizə yeni təyin olunmuş elçilər öz etimadnamələrini dövlət başçısına təqdim ediblər

BAKI, 27 okt — Sputnik. Bu gün prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib. Sputnik president.az-a istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına təqdim edib.

Daha sonra İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.

Prezident, həmçinin Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.

Nəhayət, prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.

  • İlham Əliyev Qananın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    İlham Əliyev Qananın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Cənubi Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    İlham Əliyev Cənubi Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Qananın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

44
Teqlər:
Uruqvay, Cənubi Sudan, Kanada, Qana, İlham Əliyev, Azərbaycan
Əlaqədar
İlham Əliyev 4 ölkənin səfirlərinin etimadnaməsini qəbul edib
Prezident səfirin etimadnaməsini qəbul edib
Prezident 3 ölkənin səfirinin etimadnaməsini qəbul edib
MSK sədri ilə ABŞ səfiri arasında görüş olub
İsrail səfiri Lənkəranda qonaq oldu
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Şuşa şəhəri, arxiv şəkli

Şuşada yeni məktəb tikiləcək

16
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

16