Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

183
(Yenilənib 11:32 24.10.2016)
Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub

BAKI, 24 okt — Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub. Sputnik president.az-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Prezidentinə raport verdi. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev və Prezident Kolinda Qrabar-Kitaroviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

  • Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub
    Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub
    © Official website of President of Azerbaijan Republic

  • Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub
    Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub
    © Official website of President of Azerbaijan Republic
1 / 5
© Official website of President of Azerbaijan Republic
Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi olub

Xorvatiya Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

183
Teqlər:
Kolinda Qrabar-Kitaroviç, qarşılanma, Xorvatiya, İlham Əliyev, səfər, Azərbaycan, görüş, prezident
Əlaqədar
Venesuela prezidenti Azərbaycandadır
Prezident sərəncam verdi
Prezident səfirin etimadnaməsini qəbul edib
Prezident Qazax rayonuna səfərə gedib
Azərbaycan Prezidenti Sputnik-in fəaliyyətindən məmnundur
İlham Əliyevdən növbədənkənar prezident seçkiləri açıqlaması
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yalaralamsının GÖRÜNTÜLƏRİ

29
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması üç nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 24-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

29
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

9
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9