İranın hərbi gəmiləri Bakı limanına gəlir

© Photo : PUBLIC DOMAIN"Dəmavənd" hərbi gəmisi, arxiv şəkli
Dəmavənd hərbi gəmisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Respublikası hərbi gəmilərinin Bakı şəhərinə səfəri planlaşdırılır

BAKI, 17 okt — Sputnik. Oktyabrın 18-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılıb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Xəzər donanmasına aid kiçik raket gəmisi Uqliç Azərbaycanla əməkdaşlıq çərçivəsində Bakıya yan alıb - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın döyüş gəmiləri və hərbi helikopteri Bakı limanına yan alıb

"Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub", — deyə xəbərdə bildirilir.

Bundan başqa, gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Səfər oktyabrın 21-dək davam edəcək.

Xəbər lenti
0